Şərurda qətl: 29 yaşlı şəxs 50 yaşlı həmkəndlisini öldürdü (Yenilənib)

img

22-10-2023 [17:32]


Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, qətldə təqsirləndirilən 1994-cü il təvəllüdlü Elvin Zaxarov həbs olunub.

Mia.az xəbər verir ki, o, Şərur rayonu Yengicə kənd sakini, 1973-cü il təvəllüdlü Fariz Ağayevin qətlində təqsirli bilinib. Şərur Rayon Məhkəməsinin qərarına əsasən onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə oktyabrın 19-da baş verib. Faktla bağlı Şərur rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və E.Zaxarov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***

Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kənd sakini 1973-cü il təvəllüdlü Fariz Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Mia.az Naxçıvan Muxtar Respublikası Prokurorluğuna istinadla xəbər verir ki, ilkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Elvin Zaxarovun aralarında yaranmış mübahisə zamanı Yengicə kəndi ərazisində Fariz Ağayevə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Elvin Zaxarov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 12.11.2025

XİN açıqlama yayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA