Gəncədə həbslər başladı - 22 nəfər saxlanıldı

img

04-06-2014 [20:04]


Gəncədə "Yehovanın Şahidləri” təliminin üzvləri saxlanılıb.

Kəpəz Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis onları bu gün Gəncə şəhəri Yusif Kosayev küçəsi, ev 31 ünvanında qanunsuz tədbir keçirərkən saxlayıb.

Mənzilə gələn polis əməkdaşları 22 nəfəri, o cümlədən 1 azyaşlı uşağı Kəpəz Rayon Polis İdarəsinə gətiriblər.

Mənzilə baxış keçirilərkən oradan yayılması və təbliği qadağan edilmiş dini ədəbiyyat götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA