Şərurda kanalda 55 yaşlı kişinin meyiti tapılıb

img

16-10-2023 [12:54]


Şərurda su kanalından meyit tapılması ilə bağlı araşdırma aparılır.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 14-də Şərur rayonunun Yengicə kənd sakini 1968-ci il təvəllüdlü Eldar Mirzəyevin meyitinin yaşadığı kəndin ərazisindən keçən su kanalından tapılması faktı ilə bağlı Şərur Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA