Müəllimlərin sertifikatlaşdırılması prosesinin cavabları yaxın günlərdə açıqlanacaq

img

16-10-2023 [12:14]


Müəllimlərin sertifikatlaşdırılması prosesinin cavabları yaxın günlərdə açıqlanacaq.

Miaaz xəbər verir ki, 8 sentyabr-14 oktyabrda təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilib. Müsahibə nəticələri ilə bağlı məlumat yaxın günlərdə təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək.

Qeyd edək ki, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə tədris prosesi yenidən təşkil olunub. Sözügedən təhsil müəssisəsində fəaliyyət göstərən müəllimlər oktyabrın 14-də sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində iştirak ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA