AVRO-2024: Türkiyə yığması nə qədər qazanacaq?

img

16-10-2023 [09:39]


Xəbər verdiyimiz kimi, Türkiyə yığması ötən axşam Latviyanı 4:0 hesabı ilə məğlub edərək AVRO-2024-ə vəsiqəni təmin edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Ay-ulduzlu" futbolçular nəhəng turnirə vəsiqə qazanmaqla, bərbiaşdan, yəni "ayaqbasdı" olaraq indidən 9 milyon 250 min avro qazanc əldə ediblər.

Məlumata görə, milli komanda Almaniyada keçiriləcək AVRO-2024-də qrupdakı hər qələbəyə görə 1 milyon 500 min avro gəlir əldə edəcək: "Heç-heçə  olacağı təqdirdə, 750 min avronu kassalarına qoyacaqlar. Qrupdan çıxacağı təqdirdə isə əlavə 2 milyon avro qazanacaqlar".

Xəbərdə deyilir ki, Türkiyə yığması 1/4 finala yüksəlsə, 3 milyon 250 min avro, yarımfinala yüksəlsə, 5 milyon avro əlavə vəsait əldə edəcək: "Turnirdə ikinci yeri tutsa 7 milyon avro, çempion olacağı halda isə 10 milyon avro əlavə pul veriləcək".

Məlumat üçün qeyd edək k, AVRO-2024-də ümumilikdə 370 milyon avro paylanacaq.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA