Neft Daşları: sınıq-salxaq məişət texnikaları və ya yeni alınan "plazma televizorları"... - Fəhlələr niyə və nədən narazıdır?
16-10-2023 [09:31]
"Neft Daşlarına işçilərin yataqxanası üçün nəzərdə tutulan məişət texnikası, "plazma televizorları" gəlib. Amma məhdud sayda. Bəribaşdan deyirəm: bilirik, bilirik ki, say məsələsi idarə rəhbərliyinə aid problem deyil, yuxarıdan nə veriblərsə, elə odur. Ona görə də, kimlərsə bu müraciəti onlara sataşmaq kimi qəbul etməsinlər. Problem var, problem varsa, şikayət də olmalıdır, təbii. Şikayətdən kimin xoşu gəlmirsə, cəhənnəmə gəlsin. Xoşun gəlmir, yaz ərizəni, gəl, keç fəhlə işlə, mənim kimi. Ağlın gəlsin başına. Cavabdeh şəxssənsə, deməli, sənin öhdəliyin var. Vəzifə borcun var. Elə isə ya problemi həll elə, eliyə bilmirsən, onda sakit dur qıraqda".
Mia.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlıya həmin idarənin işçilərindən biri yazıb.
Bu şikayət məktubunu sosial media hesabında paylaşan Mirvari Qəhrəmnalı aidiyyatı qurumlara səslənərək, fəhlələrin şikayətinə qulaq verməyə çağırıb.
Şikayətdə daha sonra deyilir:
"Zəhmət olmasa SOCAR-n Baş ofisi və ya "Azneft" İB rəsmiləri açıqlama versin, zəhmət olmasa. Bilək, bu televizorların hissəli şəkildə verilməsində məqsəd nədir? Gözləyirlər hardansa təzə adı ilə köhnə gələcək, yoxsa necə?!
Biz də işçiyik, bizim də Az.TV-yə baxmaq haqqımız var. Kondisionerlər xarab-xurab, 15-20 ildir ki, nə qoyulubsa, odur. Reklam şirkətlərinin xəbəri yoxdur Neft Daşlarından. Olsaydılar, gəlib canlı-canlı, sübutla şahid olardılar ki, hansı texnika həqiqətən nə qədər işləyir, dözümlüdür ya yox?
Məsələn:
1. General kondisioneri - 20 il (pir-pir səsi verərək və otağa su damaraq)
2. Nord və Dnepr soyuducusu 20 il rahat (xoda düşüb işləsə, səsindən elə bilirsən səmada vertalyot uçur)
3. Tefal çaydanı 20 il (plastik çərçivəsini "katinka" məftili ilə buraxağac vermək şərtilə)
4. Supra televizoru 25 il (ekranın 30%-i göstərmədiyi üçün qalan şəkilləri Elza xanım demişkən, qalır sənin fəlsəfənin boynuna)
5.Zil markalı avtomobili 1971-ci ildən bu vaxta qədər-52 il, hələ bundan sonra bir 50 il (həəə bu canavarı gərək öz gözünlə görəsən, tüstüsəndən əgər bir şey görə bilsən)də işləyər
Ona görə də xahiş edirik, açıqlama versinlər, biz də bilək".
Samir Musayev
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub