Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
14-10-2023 [00:09]
Qoç - eksperimentlər istəyi və müstəqillik arzularının illüziyalarına düşməyin. Belədə uğursuzluqlara yol verməyəcəksiniz. İntizamlı olun, qaydalara riayət edin. Naqolay vəziyyətə düşməmək üçün cəmiyyətdəki "oyun qaydaları"nı qulaqardına vurmayın. İşlərdən əl çəkərək istirahət etməyə çalışmayın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə səmimi olun. Mübahisələr etməyin, qarşılıqlı anlaşmaya nail olun. Axşam saatlarında romantik görüş olacaq. Birgə əyləncə xoş təəssüratlar vəd edir.
Buğa - günün ilk yarısı harmonik münasibətlər vəd edir. Şanslardan yararlanın, imkanları dəyərləndirin. Özünüzə əmin olun. Ağır fiziki işlə məşğul olmayın. İrimiqyaslı və ambisioz layihələr üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında sevdiyiniz insanı diqqətlə dinləyin. Hisslərə qapılmayın. Yarımçıq işləri tamamlayın. Adekvat olmayan insanların iradlarına fikir verməyin.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - günün ilk yarısı sakit olsa da, az sonra qəfil situasiya yarana bilər. Təmkinli davranmasanız, olayların fəsadları heç xoş olmayacaq. İşdə nəzarət və ya təftiş istisna deyil. Yaşanan bütün olaylara rəğmən yolunuzdan dönməyin. Sərt tənqid və iradlara fikir verməyin. Günün ikinci yarısında soyuqqanlı düşünün, təmkinli olun.
Şəxsi münasibətlərdə sayıq davranın, nevrastenik insan təsiri bağışlamayın. Axşam saatlarına yaxın səhhətinizə fikir verin. Rasionunuz sağlam olmalıdır. Yaxınlarınızla təmaslarda həssas davranın.
Xərçəng - gündəlik işləri yerinə yetirəndə fəaliyyətinizi maraqlı edə bilərsiniz. Rutinlikdən qurtulmaq, azadlıq istəyirsinizsə, müəyyən prinsiplərdə dəyişikliklər etmək gərəkdir. Yaxın ətrafınızdakı təmaslarda ifrat eqoizminizi nümayiş etdirməyin. Vədlərinizi yerinə yetirin, öhdəlikləri unutmayın.
Günün ikinci yarısında ailə qayğıları və məişət problemlərinin həllində yardıma ehtiyacınız olacaq. Sevdiyiniz insanla təmaslarda qarşılıqlı sayğı şərtdir. Romantik hissləri ön plana çıxararaq dediklərinizi unutmayıb.
Şir - ilk baxışdan reallaşması mümkünsüz təsir bağışlayan ideyalar yaranacaq. Narahat olmayın. İdeyaları gerçəkləşdirmək üçün münasib situasiya formalaşır. Yaradıcılıq, ambisiyalar və istəklərinizi zəhmətkeşlik və ardıcıllıqla sıralayın. Belədə məqsədə çatmaq çətin olmayacaq.
Günün ikinci yarısında şəxsi maraqlarınızı ətrafınızdakı şəxslərin mənafelərindən üstün tutmayın. Çoxdan bəri maraqlandığınız insanla görüşün, ona yardım etməkdən boyun qaçırmayın. Axşam saatlarında normal istirahət edin.
Qız - intuisiyanız iti olmalıdır. Əlverişli situasiyadan və yaranan şanslardan effektiv istifadə etməyə çalışın. Nikbinlik üçün yetərincə səbəb var. Köhnə problemləri sonadək həll etmək asan olmasa da, ən azı onların çözüm variantlarını tapacaqsınız. Əsla ruhdan düşməyin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə pozitiv anlar olacaq. Yaxınlarınızla ünsiyyətdə onların fikirlərini və istəklərini qulaqardına vurmayın. Sevdiyiniz insanı sevindirin.
Tərəzi - günün ilk yarısından etibarən aktiv çalışın. Süst və tənbəl olmayın. Görəcəyiniz işləri kimsə sizin əvəzinizə yerinə yetirəsi deyil. Paxıllıq etməyin: uğur qazanın, irəliləyin və qoy sizə paxıllıq etsinlər.
Haqqınızın tapdanmasına, hüquqlarınızın pozulmasına sakit müşahidəçi olmayın. Rüşvət verməyin, qanunu pozandan da qorxmayın. Yaxın gələcəklə bağlı planlar qurmaq olar.
Günün ikinci yarısında yenilikləri əxz etməyə tələsin. Həyat təcrübəsindən yararlana biləcəyiniz insanlarla əlaqələr qurun. Əks cins mənsubu ilə söhbətlərdə diqqətli olun. Sevdiyiniz insanla danışanda kəskin sözlər söyləməyin. Subaysınızsa, axşam maraqlı tanışlıq ola bilər.
Əqrəb - yaşanan situasiya bilik və bacarıqlarınızı inkişaf etdirməyə, təcrübənizdən yararlanmağa imkan verir. Köhnə vərdişlər arasında məqbul olanları seçin. Problemlərin həlli üçün daha asan, sərfəli yolları seçə bilərsiniz.
Qəfil situasiyaların sizi ağır vəziyyətdə buraxmasına imkan verməyin.
Günün ikinci yarısında vəziyyətdən faydalanmaq üçün iradəli olun, ən kiçik çətinlikdən sonra geri çəkilməyin. Yaxınlarınızın yaxşı məsləhətə və yardıma ehtiyacları var. Məişət problemi, ailə qayğısı ehtiyacınız olmadan həll olunmayacaq. Axşam saatlarında gəzintiyə yollana bilərsiniz.
Oxatan - yaranan problemləri çözməyə başlayanda dostların təkliflərindən və məsləhətlərindən yararlana bilərsiniz. Enerjiniz az deyil. Qüvvənizi effektiv nəticələr əldə edə biləcəyiniz məcraya yönəldin. Nikbin olun, bədbinliyə qapılmayın.
Günün ikinci yarısı vədlərin yerinə yetirilməsi zamanıdır. Özünüzü əmin hiss edin. Yaxınlarınız sizə dəstək verəcəklər. Axşam saatlarında romantik macəra ola bilər.
Oğlaq - birmənalı olmayan hadisələrin yaşanacağı zamandır. Müsbət hadisələrlə yanaşı, mənfi proseslər də istisna deyil. Faktları təhlil edin, baş verənlərdən nəticə çıxarın. Situasiyadakı qəfil dəyişikliklərdə fayda var. Yaşam təcrübəniz zənginləşəcək.
Günün ikinci yarısında rəqibləri üstələməyə çalışın. Bədxahların dediklərinə fikir verməyin. Soyuqqanlı və təmkinli olmasanız, yaxınlarınızla mübahisə etməyin. Hər şeyin siz istədiyiniz təki olmasını tələb etməyin.
Dolça - diqqət mərkəzində olmağa çalışmayın. Bilik və bacarıqlarınızı ifrat dərəcədə qabartmayın. İntellektual fəaliyyət məhsuldar olacaq. Kölgədə qalın, problemləri təkbaşına həll edin. Müstəqil olun.Kimdənsə asılı qalmayın.
Günün ikinci yarısında kənar təsirlərə məruz qalmayın. Səhhətinizə fikir verin. Enerji potensialınızın səviyyəsinin aşağı düşməsi əhvalınıza təsir edəcək. Sizi soyuqqanlı və laqeyd insan saya bilərlər. Yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın.
Balıqlar - gün məhsuldar olmasa da, xoş keçəcək. Narahat olmayın, nigaran qalmayın. Arzulara və illüziyalara qapılmayın. Maraqlı, əhəmiyyətli işlə məşğul ola bilərsiniz. Şansı dəyərləndirin.
Günün ikinci yarısında həddən artıq aktiv çalışmayın. Əks halda yorğunluq sizi haldan sala bilər. Yaxın ətrafınızdakı insanlar sizi anlamağa çalışacaqlar.
Sevdiyiniz insana diqqət ayırın. Səmimi söhbət və etiraflar bir-birinizi yaxşı tanımağa yardım edəcək. Son vaxtlar şəxsi münasibətlərdə yaranan problemi müzakirə etmək olar.
Milli.Az
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib
Leysan və qar yağacaq - Xəbərdarlıq
Sumqayıtda yenə qaz olmayacaq
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən + FOTOLAR
Daha bir bloger narkoman çıxdı - FOTOLAR
Qəzza yenə bombalanıb - Bir nəfər ölüb, yaralılar var
Tokayev İlham Əliyevə zəng edib
İrakli Kobaxidze İlham Əliyevə zəng edib
Bakı-Sumqayıt yolunda avtobus yanıb
Sabah dağlıq rayonlarda qar yağacaq
Nazirlik Rafael Ağayevi niyə tədbirə çağırmadı? - Məşhur idmançı "heç nə danışmayacam" deyir
Saç testində kokain qəbul etdiyi üzə çıxan klub prezidenti qəzəbləndi: "Təkrar ekspertiza tələb edirəm"
Putin Azərbaycan prezidentinə zəng edib
Özbəkistan Prezidenti lham Əliyevə zəng edib
Əşirət lideri Ankaranın mərkəzində oğlunu güllələdi - FOTO
Xırdalanda iki aylıq körpə qidadan boğulub
İcra başçısı sakinin 100 manatına ehtiyac duyub - Məhkəmə qalmaqalı
7 komanda cəzalandırılacaq - Super Liqada
"Fənərbağça" prezidentinin saç testi açıqlandı - Kokain aşkarlandı
PUTİN ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ: "Bu, şübhəsiz, xalqlarımızın maraqlarına cavab verir"
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub
Qazimiz Türkiyədə vəfat edib