Kürdəmirdə dəhşətli hadisə: yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb

img

12-10-2023 [17:09]


Kürdəmirdə yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb.

Mia.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, həyətyanı sahəyə içməli su gətirən "QAZ-53" markalı su maşınının sürücüsü İsgəndərov Sahib Sabir oğlu avtomobili geriyə verərkən ehtiyatsızlıq edib və 2022-ci il təvəllüdlü Bəkirov Uğur Semral oğlunun üzərindən keçib. Azyaşlı elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA