Xankəndi və Kərkicahan sakinləri doğma yurdlarını ziyarət etmək istəyirlər
12-10-2023 [12:55]
Xankəndi və Kərkicahan sakinləri doğma yurdlarını ziyarət etmək istəyirlər.
Mia.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Xankəndidən məcburi köçkün düşmüş vətəndaşların bir qrupu ilə görüşdə məlumat verilib.
Bildirilib ki, torpaqların işğaldan azad edilməsinin, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının xalqımızda böyük qürur hissi doğurduğu qeyd olunub. Xankəndidən olan məcburi köçkünlər doğma yurda qayıtmaq imkanın yaranmasından hədsiz sevinc hissi keçirdiklərini və buna görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdar olduqlarını bildiriblər. Xankəndi şəhərinin inzibati ərazisinə daxil olan Kərkicahan qəsəbəsinin azərbaycanlı sakinlərinin erməni separatçılarına və işğalçılarına qarşı mübarizədə xüsusi fədakarlıqlar göstərdikləri xatırlanıb, şəhidlərin ruhuna ehtiram ifadə edilib. Bir daha vurğulanıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllinə daim xüsusi diqqət yetirir, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görür. Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da mühüm xidmətləri vardır.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə, dövlət başçısının təsdiqlədiyi Dövlət Proqramı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, doğma yurd yerlərimizə Böyük Qayıdışın başlandığı məmnunluqla qeyd edilib. Bildirilib ki, Xankəndinin 31 il əvvəl ata-baba ocağını tərk etmək məcburiyyətində qalmış azərbaycanlı sakinləri də geri dönmək, öz ev-eşiklərinə sahib çıxmaq arzusundadırlar və bu arzunun tezliklə gerçəkləşəcəyinə əmindirlər. İndilikdə isə onlar, müvafiq dövlət orqanlarının icazəsi olduğu təqdirdə, Xankəndiyə, Kərkicahana baş çəkmək, doğma yurdu ziyarətə getmək üçün şərait yaradılmasını xahiş edirlər.
Görüş iştirakçılarının müraciətləri qeydə alınıb, sualları cavablandırılıb, onlara Böyük Qayıdış prosesi ilə bağlı ətraflı məlumat verilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub