Nuri Şahin istefa verməyəcəyini dedi: "Mən burdayam"

img

12-10-2023 [12:30]


Türkiyə superliqa komandalarından olan "Antalyaspor"un prezidentinin klubdan ayrılmasından sonra baş məşqçi Nuri Şahinin istefaya hazırlaşması barədə xəbərlər intensivləşib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş məşqçi Nuri Şahin bu xəbərlərə sosial media hesabından aydınlıq gətirib.

"Mən burdayam" deyən Nuri Şahin bildiirb ki, bundan sonra da bu komandada olacaq: "Buradayam. Burada olmağa davam edəcəyəm. Görəcək çox işimiz və yaşanacaq çox sevincli günlərimiz var. Bu şəhəri sevirəm, bu komandaya inanıram, bu azarkeşlərə etibar edirəm".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA