Keçmiş məhkəmə sədri pensiya davasından qalib ayrıldı
11-10-2023 [11:19]
10 il məhkəmə sədri işləmiş Kəramət Əliyev hakimlik pensiyası ala bilmədiyi üçün məhkəməyə müraciət edib.
Məlumata görə, eks-hakim Bakı İnzibati Məhkəməsinə müraciət edərək hakimlik fəaliyyətinə görə ona pensiya təyin edilməsini tələb edib.
K.Əliyev hakimlikdən öncə 12 il polis orqanlarında, 13 il də prokurorluqda işləyib. 2005-ci ildə isə hüquq-mühafizə orqanlarındakı 25 illik xidmət dövrü ilə əlaqədar pensiyaya çıxıb.
İddiaçı 2008-ci ildən hakimliyə başlayıb. 3 il Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olan K.Əliyev 2011-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib. 2018-ildən 2021-ci ilə qədər (65 yaşına kimi) Suraxanı rayon Məhkəməsinin sədri olub.
Hakimliyini bitirdikdən sonrakı iki ildə aldığı maaşa uyğun ona yenidən pensiya hesablanıb. Ədliyyə Nazirliyinin arayışında qeyd edilib ki, 2 il məhkəmə sədri çalışdığı dövrdə ümumilikdə 167 min 839 manat əməkhaqqı alıb.
Lakin Dövlət Sosial Müdafiə Fondu belə qənaətə gəlib ki, K.Əliyevin hakim kimi stajı 15 ildən az (13 il 1 ay 7 gün) olduğu üçün ona hakim hakim pensiyası kəsilə bilməz.
Bu səbəbdən eks-hakim pensiyasının yenidən hesablanması tələbi ilə məhkəməyə müraciət edib.
Cavabdeh qismində tanınmış Fond əvvəlki mövqedən çıxış edib, iddianının təmin edilməməsini xahiş edib.
Məhkəmə Kəramət Əliyevin iddiasını əsaslı, cavabdeh qismində tanınmış Fondun etirazını əsassız hesab edib.
Qərarda deyilir ki, K.Əliyevin hakim olduğu dövrdə onun maaşına əlavələr, müalicə pulu, sonrakı artımlar və s. nəzərə alınmalı və ona hakim kimi əmək pensiyası hesablanmalıdır(Qafqazinfo).
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub