Yeri kölməçə, göyü hörümçək toru... - Tanınmış jurnalist Mehdiabaddan yazdı (FOTOLAR

img

11-10-2023 [11:00]


"Bura Abşeron rayonunun Mehdiabad qəsəbəsi, şəhid Sabir Hüseynov küçəsidir. Əsas küçədir, ara küçələrin də əksəriyyəti şəhid adınadır. Yol yox, kanalizasiya yox... İndi də təzə "ay doğub"".

Mia.az xəbər verir ki, bu sözləri Feysbuk səhifəsində tanınmış jurnalist Ceyhun Musaoğlu yazıb.

O, yazısına fotolar da əlavə edərək, belə davam edib: "Hər şirkət küçəyə dəmir sütunlar basdırıb, üzərindən naqillər aparır. Biri internet çəkir, bir telefon, o biri işıq, başqası da peyda olub kamera quraşdırır. Sanki qurumların hərəsi bir ölkənin təmsilçisidir. Belə çıxır ki, bir sütun basdırıb üzərindən səliqə ilə naqilləri çəkə bilməzlər. Bu pintilik, bu laqeydlik, "bu gün var, sabah yoxdur", "mən salim olum cümlə-cahan batsa da batsın" görməmişliyi qalib dövlət adına, müqəddəs şəhid ruhuna elə pinti ləkədir".

Samir

MİA.AZ

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR