Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10-10-2023 [00:18]
Qoç - yetərincə mürəkkəb və çətin gündür. Başqasının problemlərini ürəyinizə salmayın. Çətinliyə düşmüş insanlara yardım etmək istəyiniz təqdirə layiqdir. Amma məşəqqətlə üzləşmiş insanların hamısına kömək etmək mümkün deyil. İmkan və qüvvələrinizi dürüst hesablayın. Bacara bilməyəcəyiniz işlərə başlamayın. Mənasız vədlərə və irreal öhdəliklərə aludə olmayın. Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniya yaradın.
Axşam saatları həmkarlar və peşəkar maraqlarınızı paylaşan insanlarla qeyri-formal görüşlər üçün əlverişlidir.
Buğa - günün ilk yarısı münasib və əlverişli zamandır. Kommersiya fəaliyyəti ilə məşğul olmaq mümkündür. Maliyyə məsələlərini həll edin. Pulla bağlı məqamlarda diqqətli olun. Alış-verişdə sayıq davranın. Sərmayələr gəlir gətirəcək. Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə fikir ayrılıqları yarana bilər. Axşam saatlarına qədər təmaslarda harmoniyanın bərpa olmasına çalışın. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Yorğunluq hiss etməyəcəksiniz.
Əkizlər - rəqibləri çətinliklə də olsa, zərərsizləşdirməyə çalışın. Bədxahların məkrli planlarının qarşısını alın. Peşəkar fəaliyyət müstəvisindəki uğurlarınız az olmayacaq. Yaxın ətrafınızdakı insanlar bunu görəcəklər. Maraqlı işgüzar təkliflər ala bilərsiniz.
Günün ikinci yarısında karyeranızda irəliləyişin ilk mərhələsinin yaşanması istisna deyil.
Romantik münasibətlər üçün pis zaman deyil. Yeni tanışlıq zamanı mövqelərinizi müdafiə edin, ifrat dərəcədə kompromisllərə meylli olmayın. Axşam saatlarında tək qalmaq istəyəcəksiniz.
Xərçəng - yaradıcılıq fəaliyyəti üçün əlverişli zamandır. Qeyri-standart məsələlərin öhdəsindən gəlin. Dürüst qərarlar qəbul edin. İnformasiya az olsa da, çətinliklərin həllində ənənəvi olmayan vasitələrdən istifadə edə bilərsiniz. Rutin işləri qulaqardına vurmayın. Xırdalıqlara və detallara fikir verin.
Günün ikinci yarısında işlərdə qəfil dəyişikliklər ola bilər. Kiçik olaylar planlaşdırılmış işləri başa vurmağa maneələr yaradacaq. Evdə hər şey normaldır. Axşam saatlarında ailə üzvləri ilə ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.
Şir - asan zaman deyil. Müsbət təmayüllərin təsiri artacaq. Hadisələrin məcrası və ya proseslərin axarı maraqlarınıza cavab vermirsə, təlaşa qapılmayın, vurnuxmaya vol verməyin. Məqsədə çatacaqsınız, amma səbrli olun.
Günün ikinci yarısında soyuqqanlı və təmkinli davransanız, uğur əldə edəcəksiniz.
Peşəkar müstəvi ilə yanaşı, şəxsi münasibətlərdə diqqətli addımlar atın.
Axşam saatlarına yaxın maraqlı görüşlər, romantik macəra istisna deyil. Onların ciddi perspektivi olmasa da, əhvalınızı yaxşılaşdıracaq. Planlaşdırılmamış səfərlər istisna deyil. Macəralarla dolu gündür.
Maraqlı görüş ola bilər. Nəzərdə tutulmayan səfər və ya səyahətdə çox vaxt keçirməyin.
Qız - ziddiyyətlərlə dolu, qarışıq zamandır. işlər pis getmir. Özünüzə heç bir səbəb olmadan yeni problemlər yaratmayın. Yaxşı məsləhətləri qulaqardına vurmayın. Prinsipial olun. Müdrik və ağıllı insanların dediklərinə qulaq asın.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Kobud səhvlərə yol verməməyə can atın. Əldə edə biləcəyiniz təcrübə karınıza gələ bilər.
Axşam saatları müsbət emosiyalar vəd edir. Şəxsi münasibətlərlə bağlı önəmli qərarlar qəbul etmək olar.
Tərəzi - çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə münasibətləriniz gəriləcək. Rəqiblər fəallaşıblar. Ehtiyatlı olun. Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin.
Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar olacaq. Yaxşı bələd olmadığınız insana etibar etməyin. Yeni tanışlarla ünsiyyətdə sayıq olun.
Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və mənasız əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır.
Əqrəb - günün ilk hissəsi sakit keçəcək. Amma saatlar ötdükcə maliyyə məsələləri ilə bağlı situasiya ağırlaşacaq. İşdə diqqətli olun. Vəziyyəti təhlil etmək və dəyərləndirmək üçün vaxt gərəkdir. Sınanmış tərəfdaşlardan yararlanaraq ən ciddi maneəni dəf etmək olar.
Günün ikinci yarısında iş yerini dəyişməklə bağlı məsələləri müzakirə etmək üçün münasib durum olmayacaq. Bir qədər əvvəl başladığınız işləri başa vurun. Yeni layihəyə start verməzdən əvvəl qüvvə və potensalınızı dəqiq qiymətləndirin.
Ev işlərinin həllində bilavasitə iştirakınıza zərurət var. Ailədəki münasibətləri nəzarətdə saxlayın.
Oxatan - çoxdan bəri planlaşdırdığınız mühüm işə başlayın. Mürəkkəb məsələni həll edin, əhəmiyyətli görüşü unutmayın. Ciddi və məqsədyönlü olun. Yaxın ətrafınızdakı insanlar sizə rəğbət bəsləməlidir.
Nüfuzlu insanlardan birindən dəstək alacaqsınız.
Günün ikinci yarısında ideyanızı reallaşdırmaq üçün gərəkli maliyyə vəsaitini əldə edəcəksiniz.
Di gəl, saatlar ötdükcə mənfi təmayüllərin təsiri artır. Sərt danışmayın, təxribatlara uymayın. Mövqeyinə və kimliyinə yaxşı bələd olmadığınız insanlarla sıx təmaslar qurmayın. Onlar sizə zərər vura bilərlər.
Oğlaq - narahat olmayın. Günün ilk yarısı uğurludur. Böyük gözləntilər reallaşmasa da, bəzi məqsədlərə çatmaq mümkündür. Əməkdaşlıq və ya tərəfdaşlıq etdiyiniz insanlarla dil tapın. İşgüzar məsələlərin həllində fəaliyyət prinsiplərini yeni tanışlara anladın.
Potensial sifarişçilər və ya tərəfdaşlarla müzakirələr aparmaq olar.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Hadisələrin axarı əlverişlidir. Təşəbbüskar olun.
Dolça - günün ilk yarısı uğurludur. Narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Nagahani görüş, təsadüfən eşidilən sözlər maraqlı ideyaların əsasını qoya bilər. İşlərinizdə ciddi olun. Maraqlı işgüzar təklif alacaqsınız. Təklifi qəbul etsəniz, maddi durumunuzu yaxşılaşdıra bilərsiniz.
Günün ikinci yarısı romantik münasibətlər üçün əlverişlidir. Dəyər verdiyiniz insanların qayğısına qalın. Dəyər verdiyiniz insanlarla sərt danışmayın. Uzaqdan xoş xəbər ala bilərsiniz.
Balıqlar - günün ilk yarısında yaranan çətinliklərin miqyası və ağırlığını olduğundan artıq saymayın. Geriyə çəkilməsəniz, əzmkar və iradəli olsanız, onların öhdəsindən gələ bilərsiniz. Qarşınıza qoyduğunuz məqsədlərdən geri çəkilməyin.
Günün ikinci yarısında sizi sakitləşdirməyə, bir qədər durmağa çağıran insanlara qulaq asmayın. Başladığınız işi yarımçıq qoymayın. Soyuqqanlı olun, məntiqlə hərəkət edin. Sakit, aram iş üçün axşam saatları faydalıdır. Diqqətli olun, fikirlərinizin dağınıqlığına yol verməyin. Gərəksiz emosiyalar, bədbin fikirlərdən qurtulun.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub