Volkan Dəmirəl Türkiyənin futbol elçisi olub - AVRO-2028 və AVRO-2032-yə hansı ölkələr ev sahibliyi edəcək?

img

10-10-2023 [00:02]


Əfsanəvi qapıçılar Volkan Dəmirəl və Canluici Buffon Türkiyə və İtaliyanın AVRO-2032-yə ev sahibliyi üçün namizədliyini bu gün UEFA-ya təqdim edəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hər iki ölkənin yığma komandalarının keçmiş qapçıları ölkələrinin futbol elçisi kimi UEFA-nın mənzil-qərargahında keçiriləcək mərasimə qatılacaqlar. Onlar Türkiyə və İtaliyanın AVRO-2032-yə birgə namizədliyi ilə bağlı Bakı vaxtı ilə saat 11.30-da UEFA Direktorlar Şurasının iclasında çıxış edəcəklər.

UEFA AVRO-2028 və AVRO-2032-yə hansı ölkələrin ev sahibliyi edəcəyini də Bakı avxtı ilə saat 14.00-da başlayacaq mərasimdə açqılayacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA