Bakıda anormal vəziyyət: icra başçısı səkiləri də satıb - FOTOLAR

img

09-10-2023 [17:50]


Bakının Xətai rayonu, Gəncə prospektində səkinin üzərində obyekt inşa olunub.

Əvvəllər mövcud olan obyektin qarşısında aparılan artırma işləri nəticəsində səki zəbt edilib.

Məlumata görə, obyektin qarşısında aparılan tikinti işləri nəticəsində səki daralıb və nəticədə burada hərəkət çətinləşib.

Bildirilir ki, qeyd olunan obyekt əvvəllər birmərtəbəli olub və yaxınlıqdakı digər obyektlər kimi bir xətt üzrə yerləşib. Lakin obyekt sahibi onu sökərək yerində ikimərtəbəli bina inşa etdirib.

Xətai Rayon İcra Hakimiyyətindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edilib ki, vətəndaşların etirazı nəzərə alınaraq sözügedən əraziyə baxış keçiriləcək. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək. //İqtisadiyyat.az//

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA