Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-10-2023 [00:03]
Qoç - qətiyyətli və əzmkar olun. Uğur əldə edəcəksiniz. Situasiya sərfəlidir, bundan yararlanın. Əldə etdiyiniz informasiya minimum səviyyədə olsa belə, səhih taktika hazırlayın. Az sonra həyata keçirə biləcəyiniz planlar qurun. Sövdələşmə və anlaşmalar gəlir gətirəcək.
Günün ikinci yarısında dəyərli hədiyyə almağınız istisna deyil. Dəvət aldığınız tədbirlərə qatılın. Diqqət mərkəzində olacaq, təriflər eşidəcəksiniz. Hər deyilən sözə inanmayın.
Buğa - səmimiyyət, qayğıkeşlik və ünsiyyətdə rahatlıq sizə yeni dostlar, müttəfiqlər tapmağa imkan verəcək. Lakin unutmayın ki, bu gün başlayacaq münasibət ciddi olmayacaq.
İnsanlar barədə tələsik, səthi fikir yürütməyin. Belə davranış sonrakı pərişanlığa səbəb ola bilər.
Günün ikinci yarısı tamamilə yeni işdə və ya istiqamətdə qüvvənizi sınaya bilərsiniz. Seçimi müstəqil edin. Kiminsə manipulyasiyasının qurbanı olub şirin vədlərə aldansanız, marionetkaya çevrilə bilərsiniz.
Əkizlər - bədxahlarınız və rəqiblərinizə sizi üstələmələrinə imkan verməyin. Onlar anlamalıdırlar ki, bu gün yolunuzu kəssələr, cəhdləri baha başa gələ bilər. Asanlıqla yeni müttəfiq tapa bilərsiniz. Formalaşan situasiyadan öz xeyrinizə istifadə edin. İntriqa və manipulyasiyalara əl atmayın. Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniyaya can atın. Narahat olmayın, nigaran qalmayın.
Sevdiyiniz insanla söhbətdə həssas olun. Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - işlərinizi kiminsə görəcəyini və ya təmənnasız yardım edəcəyini düşünməyin. Yarımçıq işləri tamamlayın. Günün ilk yarısı peşəkar fəaliyyət müstəvisində irəliləyiş üçün effektivdir.
Çətin problemləri həll etmək üçün aktiv olun.
Günün ikinci yarısı qarışıq, laübəli olacaq. Düşünülməmiş addımlar atmayın. Yaxın ətrafınızdakı adamlardan bir neçəsinə güvənə bilərsiniz. Qəfil, amma xoş vizitlər olacaq. İmprovizələr, yaradıcılıq eksperimentləri üçün yaxşı zamandır. Axşam saatlarında emosiyalara qapılmayın.
Şir - günün ilk yarısı çox xoş olacaq. Sizi qəfil uğurlar, xoş sürprizlər gözləyir. Son vaxtlar sizi narahat edən problemləri sürətlə həll edə bilərsiniz. İşgüzar fəaliyyət baxımından o qədər də yaxşı deyil. Amma uzunmüddətli planlar qurmaq olar. Yaranmış şansı dəyərləndirin. Günün ikinci yarısında yeni layihəni reallaşdırmaq istiqamətində ilk addımlarınızı atın. Tələsin, əks təqdirdə gecikə bilərsiniz və rəqibləriniz sizi üstələyər.
Axşam saatlarına yaxın alış-verişdə çox pul xərcləməyin. Normal istirahət etməyə çalışın.
Qız - özünüzə inamınız sonsuz olsun. Bunun üçün səbəblər var. Günün ilk yarısında qətiyyətli və cəsarətli olsanız önəmli uğurlara nail olacaqsınız. Çox güclü rəqiblə mübarizəyə başlamaqdan çəkinməyin.
İşdə rəhbərliklə fikir ayrılığı, ixtilaflar yarana bilər.
Günün ikinci yarısında yaşlı qohumlardan biri sizi anlamayacaq. Kimsənin xətrinə dəymədən haqlı olduğunuzu sübut edin.
Ev işlərini qulaqardına vurmayın. Həmin işlər maraqsız təsir bağışlasa da, ciddi münasibət tələb edir. Məişət texnikası sıradan çıxa bilər. Təmiri birmənalı şəkildə istisna etməyin. Axşam saatları səfər və ya səyahət üçün yararlıdır. Amma yola təkbaşına çıxmayın.
Tərəzi - günün ilkin yarısında maliyyə işlərində uğurlar ola bilər. Anlaşma və sövdələşmələr uğur vəd edə bilər. Tərəfdaşlar, müttəfiq və şəriklərlə danışıqlar pis keçməyəcək. Nüfuzlu insanlarla söhbətlərdə diqqətli olun.
Yeni tanışlar sizi zahiri görkəminizə görə dəyərləndirəcəklər.
Günün ikinci yarısında ekstravaqant addımlar atmayın. Yaxın adamınız sizi qəfil xəbərlə sevindirəcək. Planlarınızda dəyişikliklər labüddür. Qıcıqlanmayın, aqressiv davranmayın. Axşam saatları etiraflar üçün münasibdir.
Əqrəb - gün maraqlı tanışlıqlar vəd edir. Diqqətə layiq insanlarla təmaslarda maksimum dərəcədə sayıq, həssas olun. İşgüzar fəaliyyət və maliyyə məsələlərilə bağlı müzakirələri qeyri-formal şəraitdə keçirmək olar. Kommersiya fəaliyyəti gəlir gətirəcək.
Günün ikinci yarısında köhnə tanışlarla əlaqə saxlayın. Faydalı məlumat, maraqlı təklif və yaxşı xəbər ala bilərsiniz. Axşam saatlarında alış-verişə çıxa bilərsiniz. Aktiv, gümrah olun.
Oxatan - görüləsi işlərə qeyri-ciddi yanaşmayın. Məsuliyyətli olun. Çətin, mürəkkəb məsələlərin həllində diqqətli olun. Əvvəl yol verdiyiniz səhvləri təkrarlamayın. Bilik və ya bacarıqlarınızı nümayiş etdirin. Yaradıcılıq potensialınızı reallaşdırın.
Günün ikinci yarısında mənasız nigaranlığa qapılmayın. Heç bir səbəb olmadan narahat olmayın.
Ətrafınızdakı insanlarla münasibətlərinizin durumunu dəyərləndirin. İrəliləyişinizə mane olan, sizdə yalnız mənfi emosiyalar yaradan münasibətlərdən, əlaqələrdən qurtulun. Yaşlı qohumlarla məsləhətləşin. Onlar sizə yardım edəcəklər.
Oğlaq - əhatənizdəki insanlarla fikir ayrılıqları və ixtilaflar ciddiləşəcək. Bağlı olduğunuz adamla münasibətlərdə problemlər yaratmayın. Öz mövqeyinizdən savayı hamının fikirlərini yanlış hesab etsəniz, sürəkli neqativ reaksiya ilə qarşılaşacaqsınız.
Əvvəllər əldə olunmuş anlaşma və müqavilələrin pozulması mümkündür. Planlarınızı sürətlə dəyişməyə hazır olun.
Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Dostlardan və tanışlarınızdan borc almayın. Banklara, kredit təşkilatlarına müraciət etməyin. Ailə büdcəsinə yenidən baxın. Xərclərinizi əhəmiyyətli dərəcədə azaldın.
Dolça - günün ilk yarısı o qədər də yaxşı olmayacaq. Buna rəğmən zamanın üstün cəhətləri də var. Çoxdan bəri görmədiyiniz insanlarla görüş üçün münasib zamandır. Uzun sürən ayrılıqdan sonra dil tapmaq çətin deyil. Maliyyə fonu yaxşıdır. Gəlirlər istisna deyil.
Günün ikinci yarısında dəyər verdiyiniz insan və ya münasibətlərlə bağlı xoş xəbər alacaqsınız. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq, yaşamınızda nəyisə dəyişmək ola bilər. Köç və ya iş yerini dəyişməklə bağlı düşünmək olar. Yaşam potensialınızın səviyyəsi yüksəkdir.
Balıqlar - günün ilk yarısında çox ehtiyatlı olun. Uzun müddətlən dəri, səylə qurduğunuz konstruksiya dağıla bilər. Situasiya peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərə də təsir edəcək.
Mühüm qərarları tələsmədən qəbul edin. Yaxın ətrafınızdakı insanlar sizi tələsdirsələr də, düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısında aldığınız informasiyaları sakit, soyuqqanlı şəraitdə təhlil edin. Yeni məlumatlar və biliklər əldə olunması üçün əlverişli zamandır.
Hansısa işlər tərs alınarsa, ruhdan düşməyin. Nə qədər paradoksal olsa da, indiki uğursuzluqlar müəyyən müddət sonra böyük nailiyyətlərin təməlinə çevriləcək. Əlaqələrlə təmaslarınıza nəzər salın. Yeni tanışlıqlara can atmayın.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub