Qusarda “Heydər Əliyev və Azərbaycanın dövlətçilik ənənələri” mövzusunda elmi-praktiki konfrans keçirilib - FOTOLAR
06-10-2023 [23:59]
Bu gün “Heydər Əliyev ili” və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin fəaliyyətinin 10 illiyi ilə əlaqədar Qusar Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatı və Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın dövlətçilik ənənələri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Mia.az xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş konfransdan öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Abutalib Turabovun moderatorluğu ilə keçirilmiş konfransda əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilmiş, sonra isə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan film izlənilib.
Yeni Azərbayan Partiyasının Qusar rayon təşkilatının sədri David İbramxəlilov konfrans iştirakçılarını salamlayaraq “Heydər Əliyev - Milli dövlətçilik idealları və müasir dövr” adlı məruzəsi ilə dövlətçilik ənənələrimizin formalaşmasında Ulu öndər Heydər Əliyevin danılmaz rolunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Qusar Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Telman Kazımov çıxış edərək uzaqgörən, müdrik siyasəti ilə dünya siyasətçiləri arasında böyük nüfuz qazanmış Heydər Əliyevin fəaliyyəti barəsində söz açmışdır.
Daha sonra Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ilk dəfə ümummilli lider, müdrik siyasətçi Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, 1998-ci il 26 mart tarixli fərmanının tarixi önəmini xüsusi vurğulamışdır. O həmçinin Heydər Əliyevin hakimiyyəti dövründə xalqın sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlərin açıldığını, təhrif edilmiş hadisələrə əsl qiymətin verildiyini bildirmişdir.
Konfrans boyunca çıxışçılar tərəfindən müvafiq məlumatlar iştirakçılara təqdim olunmuşdur. Belə ki, Memorial Kompleksin direktor müavini Mehriban Əliyeva “Heydər Əliyev və dövlət quruculuğu”, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Heydər Əliyev və Azərbaycanda dövlətçilik strategiyası”, Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Arzu Bağırova “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü”, Kompleksin əməkdaşları Səriyyə Abidova “Heydər Əliyevin Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti”, Ülkər Zeynalova “Heydər Əliyev və Azərbaycanda mədəniyyət sahəsi” adlı elmi məqalələri ilə tarixi yaddaşın, milli məfkurənin, Azərbaycanın müstəqilliyinin əbədiliyinin qorunması naminə bir çox sahələrdə işlər görmüş Ulu öndərin fəaliyyəti barədə çıxışlar etmişlər.
Yüz nəfərdən çox idarə, müəssisə, təşkilatın rəhbər və əməkdaşlarının iştirak etdiyi konfransın sonunda YAP Qusar rayon təşkilatının sədri D. İbramxəlilov azərbaycanlıların soyqırımı ilə bağlı tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasındakı fəaliyyətinə görə Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramovanı Fəxri Fərmanla təltif etmişdir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub