Polis Şöbəsində intihara cəhd olub

img

04-06-2014 [11:19]


Ötən gün Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) təcridxanasında intihara cəhd baş verib.

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbə sakini, 1985-ci il təvəllüdlü Həsənov Sərxan Sabrat oğlu intihar məqsədilə qaşıqla özünə xəsarət yetirib, sonra isə onu udub.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxsə qarının ön divarının kəsilmiş cırılmış yarası və qarın boşluğu orqanlarında yad cisim aşkarlanması diaqnozu qoyulub. İ

lkin tibbi yardımdan sonra S. Həsənov Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Xaçmaz RPŞ-dən apa-ya faktı təsdiqləyərək bildiriblər ki, özünə xəsarət yetirən şəxs oğurluqda şübhəli bilindiyinə görə saxlanılıb.

Hadisə ilə Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA