İnam Kərimov federasiya prezidenti vəzifəsindən gedib - Yeni gələn kimdir? (FOTO)

img

28-09-2023 [14:06]


Ali Məhkəmənin sədri İnam Kərimov Ağırlıqqaldırma Federasiyasının prezidenti vəzifəsindən gedib.

Mia.az xəbər verir ki, bu gün Azərbaycan Ağırlıqqaldırma Federasiyasında prezident seçkiləri keçirilib.

Məlumata görə, bu gün baş tutan növbədənkənar ümumi yığıncaqda Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə federasiyanın yeni prezidenti seçilib.

Firdovsi Umudov və Mirsəməd Mövsümzadə isə vitse-prezident vəzifəsinə seçiliblər.

Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə federasiyanın adının dəyişdirilməsi də qərara alınıb. Azərbaycan Ağır Atletika Federasiyası bundan sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyası kimi qəbul olunacaq.

Xatırladaq ki, Ali Məhkəmənin sədri İnam Kərimov 19 fevral 2022-ci ildə, yəni KTN rəhbəri olarkən Ağırlıqqaldırma Federasiyasına prezident seçilib.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 09.12.2023

Sabah yağış yağacaq