Azərbaycanda daha bir ana və uşaq ölümü qeydə alınıb

img

02-06-2014 [12:27]


Azərbaycanda ana və uşaq ölümü qeydə alınıb. APA-nın xəbərinə görə, bu dəfə ana və uşaq ölümü faktı Suraxanı rayon 3 saylı Doğum evində baş verib.

3 saylı Doğum Evinin şöbə müdiri Nazilə Abdullayeva APA-ya açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, hadisə ötən gün qeydə alınıb: "33 yaşlı Vəliyeva Aynurə adlı ananın ikinci hamiləliyi olub. Ana və körpə emboliya səbəbindən dünyasını dəyişib. Hazırda məsələ Doğum evində araşdırılır, bütün məlumatlar toplandıqdan sonra Səhiyyə Nazirliyinə təqdim ediləcək”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bildirib ki, hazırda faktla bağlı sənədləri toplanılır. Onun sözlərinə görə, hadisəyə ilkin olaraq emboliyanın səbəb olması göstərilir: "Amma bütün dəqiq nəticələr məsələ Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırıldıqdan sonra məlum olacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA