Ermənistanda Avropa ikincisi olan Türkiyə millisinin üzvü cəzalandırıldı

img

20-09-2023 [13:00]


Türkiyə Ağır Atletika Federasiyası ağırlıqqaldırma üzrə milli komandanın üzvü Batu Xan Yükseli cəzalandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Federasiya qanında dopinq çıxan Batu Xan Yükseli 8 il müddətinə idmandan kənarlaşdırılıb.

Bu barədə Federasiyanın yaydığı açıqlamaya görə, dopinqlə mübarizə çərçivəsində 23 yaşlı Batu Xan Yükseli 31 yaşına qədər heç bir rəsmi yarışa qatıla bilməyəcək.

Xatırladaq ki, Batu Xan bu il Ermənistanda keçirilən Avropa çempionatında 81 kiloqram çəki dərəcəsində ikinci olub. O, birdən qaldırmada 152 kq ilə gümüş, təkanla qaldırmada 187 kq ilə bürünc, cəmi 339 kq ilə gümüş medal qazanıb.

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA