Türkiyə milli komandasının baş məşqçisi istefaya göndərildi - Yerinə şanslılar kimdir?

img

18-09-2023 [00:33]


Türkiyənin futbol üzrə Milli komandasının almaniyalı baş məşqçisi Stefan Kunts istefaya göndərilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TFF rəhbərliyi alman məşqçiyə zəng edərək, onu məlumatlandırıb.

Xəbərdə deyilir ki, Stefan Kuntz erasının başa çatmaısna səbəb Ermənistanla heç-heçə və Yaponiyaya məğlubiyyət olub.

Türkiyə mətbuatı yazır ki, Kuntzun yerinə ən şanslı namizədlər Abdullah Avcı, Fatih Terim və Vinçenzo Montelladır.

Məlumata görə, Türkiyə millisini böyük ehtimalla oktyabrda keçiriləcək Xorvatiya matçına Kuntzun köməkçisi Kənan Koçak çıxaracaq: "Baş məşqçi təyinatı da məhz bu oyundan sonra rəsmiləşəcək".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA