Bakı-Qazax yolunda ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

img

01-06-2014 [22:38]


Bu gün saat 20.30 radələrində Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi olub.

APA-nın yerli bürosunun məlumatına görə, "Mercedes” markalı minik maşını ilə "VAZ -2106” markalı avtomobil toqquşub. Nəticədə bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə ağır xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildiilib ki, hadisə yerinə yol polis əməkdaşları gedib.
Qəza nəticəsində ölən və yaralananların şəxsiyyəti hələlik müəyyənləşməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA