Bu rayonlarda zəlzələ oldu - SİYAHI

img

03-09-2023 [20:42]


Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.

Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir ki, təbiət hadisəsi yerli vaxtla saat 20:35-də qeydə alınıb. Zəlzələnin episentri 52 km dərinlikdə olub.

Qeyd olunub ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Kürdəmir stansiyasından 14 km cənubda Kürdəmir ərazisində qeydə alınıb: "Zəlzələ episentrdə 5 bala qədər, Ağdam Qəbələ, İsmayıllı,  Ağsu, Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunmuşdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA