DAN(S) ULDUZU

img

02-09-2023 [22:32]


Aliyə xanımla uzun müddətdi instaqram dostuyuq, hal-əhval tutur, bayramlaşır, hərdən dərdləşirik də.

O, bir DAN(S) ULDUZUDU!

Hekayə bölümündə yazılarımı paylaşanda təşəkkür etməyə imkan vermir: "Borcumuzdu!" Rəqs sənətiylə adı qoşa çəkilən Ramazanlının yaradıcılığıma diqqəti bir az da təəccüblü gəlir mənə. Axı biz heç vaxt rastlaşmamısıq da! Dünən eşitdim, vəfat edib. Yazdım ki, yeriniz behişt olsun.

Cavab yazdı: "Keçənlərinizə rəhmət!" Əsl sənət budur! - dünyanı dəyişəndən sonra da SƏNƏ YAZIRLAR VƏ SƏN DƏ CAVAB VERİRSƏN...

Qulu Ağsəs

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR