İnterpol sabiq rektor haqda axtarış verdi - Qırmızı bülleten

img

29-05-2014 [16:52]


Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevdən xəbər var.

Mia.az xəbər verir ki, DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı qaynaqdan daxil olan məlumata görə,  keçən il orqan mafiası ilə əlaqədar açılmış cinayət işi üzrə ittiham hədəfi olan ABU-nun hazırda Fransada mühacir həyatı yaşayan sabiq rektoru Elşad Abdullayev barəsində İnterpolun qırmızı bülleteni ilə axtarış elan olunub.

Xatırladaq ki, Elşad Abdullayev buna qədər interpol vasitəsilə axtarışa vverilsə də, onun sərbəst hərəkəti ilə bağlı heç bir problemi yaranmamışdı. İndi isə dia.az-a daxil olan son informasiyalarda bildirilir ki. Elşad Abdullayev barəsində qırmızı bülletenlə axtarış elan edilib.

Bu da ki, keçmiş rektorun yaxın günlərdə həbs olunaraq Azərbaycana gətirilmə ehtimallarını yüksəldir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA