Goranboyda ər arvadını qətlə yetirib

img

28-05-2014 [14:48]


Goranboy rayonunda qətl hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 27-də Goranboy şəhərində Nicat Həsənov qayınatasının yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı Günay Quliyevaya bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən G.Quliyeva orada dünyasını dəyişib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Həsənov tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA