Keçmiş deputat nazirə şikayət etdi - Basqın

img

26-05-2014 [13:01]



Sabiq deputat Nazim İmanov Daxili işlər naziri Ramil Usubova müraciət edib.

Mia.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə xəbər yayıb.

Mia.az bildirir ki, sabiq deputat Nazim İmanov Binəqədi Polis İdarəsində şikayətlərinin araşdırılmadığına görə Ramil Usubova elektron müraciət göndərdiyini açıqlayıb: "16 may 2014-cü il tarixdə sahibi olduğum "Atahan Dəmir Sənaye" MMC-yə bir qrup "qoçu dəstəsi" tərəfindən basqın edilmiş, həm müəssisəyə, həm də şəxsimə qarşı soyğunçuluq əməli baş vermişdir. Ümumilikdə 25400 manat ziyan vurulmuşdur. 

Tərəfimizdən Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə şikayət ərizəsi və izahat verilməsinə baxmayaraq, iş materialları Binəqədi Polis İdarəsində süründürməçilik ucbatından araşdırılmır, basqını həyata keçirənlər isə məni təhdid edir. Xahiş edirəm işi nəzarətinizə götürüb, araşdırmaq üçün göstəriş verəsiniz"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA