Yüksək vəzifəli hərbçi qəza törədib

img

26-05-2014 [11:17]


Bakıda yüksək vəzifəli hərbçi qəza törədib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qala qəsəbəsi ərazisində qeydə alınıb.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin laboratoriya rəisi, kapitan Anar Mehman oğlu Rəhimov idarə etdiyi "Mercedes” markalı maşını yol kənarındakı maneəyə vurub. Nəticədə hərbçi ağır xəsarətlərlə hospitala yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA