24-05-2014 [15:16]
Sonuncu prezident seçkiləri zamanı teledebatlarda müxalifətçilərini əsəblərini tarıma çəkən namizədlərdən biri də Qüdrət Həsənquliyev oldu. Onu asıb-kəsən bir tanış müsavatçıdan soruşdum: «Məgər doğru demir?» Müsavatçı duruxub üzümə baxdı, bir qədər düşünüb dedi: «Bəlkə də, doğru deyir, amma bunları deməyə onun haqqı yoxdur, belə həqiqətpərəstdirsə, hakimiyyətin qüsurlarından danışsın…»
Bəyə izah etdim ki, siyasətdə haqlı və haqsız olmaq nisbidir, amma maraqlar mütləqdir. Sənin marağın onun söylədiyi həqiqətlərə qulağını yummağı tələb etdiyindən, dəstəklədiyin liderlər haqqında deyilən tənqidləri eşitmək istəmədiyin üçün, buna qəzəbləndiyin kimi, onun da marağı başqa həqiqətlərə göz yummağı tələb edir. Əgər həqiqətlərə hər ikiniz göz yumub, qulaq qapayırsınızsa, deməli, heç biriniz haqlı ola bilməzsiniz, odur ki, burada söhbət haqqın və həqiqətin deyil, maraqların mübarizəsindən gedir. Bu mübarizədə çoxluğun marağını kim daha düzgün ifadə edə bilirsə o da qalib olur.
Azərbaysanlıların belə bir atalar məsəli var: Xalq çörəyi qulağına yemir. Son zamanlar ortaya düşüb öz xalqının adət-ənənəsinə, folkloruna, dəyərlərinə ağız büzən, onu mütilikdə, passivlikdə, hətta «qoyunluqda» günahlandıran, hər addımbaşı «Avropa dəyərlərini» gözə soxan müxalif ideoloqların nə qədər xoşuna gəlməsə də, xalq həqiqətən çörəyi qulağına yemir. Cəmil Həsənlinin ilk baxışda indiki iqtidarı lərzəyə gətirmiş kimi görünən anti-korrupsiya çıxışları, «milyardlıq bəyənatları» xalqın tükünü də tərpətmədi, ona 4 milyondan artıq seçicinin cəmi ikicə yüz mini səs verdi. Çünki «çörəyi ağzına yeyən xalq» bu bəyanatlara inanmadı, onları ciddi qəbul etmədi, hazırda kəskin tənqid etdiyi iqtidarı vaxtilə kitablarında tərifləyən professorun sözlərinin səmimiyyətinə inanmadı, onları qərəzli saydı.
Bu yerdə müxalifətçi dostlar, yəqin ki, seçkilərin saxtalaşdırıldığına dair artıq heç kəsin, hətta özlərinin belə sümüyünə düşməyən mahnını oxuyacaqlar. Mənə elə gəlir ki, müxaliflərin çox sevdiyi bu bəyanat saxta seçkilərin özündən belə qat-qat saxtadır. Bəlkə də, hansısa əliəyri məktəb direktoru və ya idarə müdiri olan komissiya sədri, icra başçısı öz günahlarını bülletenlərlə yumaq yolunu tutdu, yaxud özündən yuxarıdakı «patronunun» xoşuna gəlmək istəyənlər arasındakı rəqabət qutulara müəyyən miqdarda saxta bülleten salınmasına səbəb oldu, ancaq müstəqillik dövründəki bütün seçkilərdə fəal iştirak edən, bu işdə az-çox təcrübəsi olan və son seçkiləri bilavasitə izləyərək təhlil edən bir şəxs olaraq, tam məsuliyyətlə deyirəm ki, İlham Əliyevə verilən real səslər digər bütün namizədlərə birlikdə verilən səslərdən 9-10 dəfə çox oldu. Bunu bizim müxalifətin öz xalqından daha çox güvəndiyi «beynəlxalq təşkilatlar» da aydın gördülər, ona görə də, «sürüşkən» bir bəyənatla kifayətləndilər.
Bəs xalq niyə İlham Əliyevi dəstəklədi? Əvvəla, ölkədə nə qədər korrupsiya, rüşvət, «monopoliya» məmur özbaşınalığı, digər neqativ hallar olsa da, davamlı bir sabitlik var, müəyyən bir kəsim hər nəylə olsa da yaxşı yaşayır, bir qisim buna çalışır (o da hər nəylə olsa) və nail olacağına inanır. İkincisi, ölkədə abadlıq və quruculuq işləri görülür, məktəblər, uşaq bağçaları, xəstəxanalar inşa olunur, yollar, körpülər salınır, su və kanalizasiya xətləri çəkilir və s. Doğrudur, müxalifət bunları korrupsiya layihələri adlandırır, ancaq xalq haqlı olaraq əmindir ki, həmin müxaliflərin hansını bu korrupsiya layihəsinin, çox demirəm, beş-on faizinə şərik etsən, cınqırını da çıxarmayacaq. Üçüncüsü, xalq indiki iqtidarın hazırkı müxalifətə nisbətən daha səriştəli, sanballı, daha «tox» və xarici qüvvələrdən daha az asılı olduğunu bilir və ən əsası da iqtidarı müxalifətə nisbətən özünə daha doğma və yaxın sayır. «Bunlar yeyib doyub, siz gəlsəniz daha çox yeyəcəksiniz» – deyən xalqın sözünü qəribçiliyə salıb, onun üzərində lağlağı janrında köşə yazmaqdan, yazdırmaqdansa, bu sözlərin mahiyyətinə varıb, analiz etmək daha rasional olardı. Bizim müxalifət lağa qoyduğu, bəyənmədiyi, sözlərini dəyərləndirmədiyi xalqdan dəstək və səs umur. Belə ağılsızlara kim səs verər? Təbii ki, ancaq özləri kimi düşünənlər. Nəhayət, sonuncusu: xalq radikal dəyişiklik yox, tədrici inkişaf istəyir. Çünki radikal dəyişiklikdə həmişə böyük risk var və bu risk bizə nəinki daha yaxşı yaşayış, əksinə daha pis aqibət – Misirin, Liviyanın, Suriyanın yaşadığı aqibəti vəd edir.
Xalqın İlham Əliyevə verdiyi dəstək sırf real siyasi situasiyadan doğur. Şərait çox mürəkkəbdir və uzun illərdir apardığım müşahidələrə əsasən gəldiyim qənaət də odur ki, Azərbaycan xalqı bütövlükdə hakimiyyət dəyişikliyinə hazır deyil, bunu heç istəmir də. Bu dəyişikliklik xarici qüvvələrin əliylə həyata keçiriləcəyi təqdirdə (təbii ki, xalq istəmirsə, söhbət ancaq dövlət çevrilişindən gedə bilər) bütün xalqın bundan ziyan çəkəcəyini anlamamaq üçün isə sadəcə öz şəxsi maraqlarından başqa gözü heç nəyi görməyən mücxalifətçi olmaq lazımdır. Yəni bundan hamı, ən çox da müxalifətin guya haqları uğrunda mübarizə apardığı aşağı təbəqə əziyyət çəkəcək; əvvəla ən azı Ukraynadakı miqyasda toqquşmalar qaçılmaz olacaq, ikincisi də, misalçün, indi 5-10 manat qazanıb ailəsini saxlaya bilən adam üçün hazırkı şəraitdə hakimiyyət dəyişikliyi olsa, bu da olmayacaq.
Hakimiyyət dəyişilkliyinin baş verməsi üçün cəmiyyətdəki qütbləşmə, nifrət, radikallıq azalmalıdır. Həyatın özü belə radikallığı sevmir. Etiraf edək ki, nə kasıbın qəfil varlanması, nə də varlının qəflətən müflisləşməsi nə həmin şəxslərin özü, nə də əhatəsində olan adamlar üçün müsbət nəticələr vermir. Bunun cəmiyyətə də heç bir xeyri yoxdur. Ümumiyyətlə, hakimiyyət dəyişikliynin özü belə insanların həyatında köklü dəyişikliklər deyil, müsbətə doğru tədrici irəliləyişlərə səbəb olmalıdır. Bizdə isə hazırda hakimiyyətə gəlmək qəfil varlanmaq, hakimiyyətdən getmək isə qəfil yoxsullaşmaq anlamına gəlir. Bu məsələlərin aradan qaldırılması üçün cəmiyyətimiz tədricən dəyişməli, islah olunmalıdır və bu uzun yolu getmək üçün elə ən yaxşısı mövcud hakimiyyətə islahatlar aparmaqda yardımçı olmaqdır. Əgər islahatlara nail olunsa dəyişiklik cəmiyyətdə ciddi kataklizmlərə, ideoloji böhranlara səbəb olmayacaq, insanların adi həyat ritmini, hüzurunu pozmayacaq. Təəssüf ki, bu hələ mümkün deyil. Ona görə də, məqsəd hakimiyyəti dəyşmək yox, şəraiti, düşüncə tərzini dəyişmək, cəmiyyətdəki qütbləşməni, nifrəti aradan qaldırmaq olmalıdır. Əgər İlham Əliyev bunları yavaş-yavaş da olsa həyata keçirirsə, onu niyə dəyişək ki? Bizim bügünkü müxalifətin buna heç gücü də yoxdur axı. Məgər xarici qüvvələrin əliylə edilən dəyişiklik bu xalqın mənafeiynə xidmət edə bilər? Əlbəttə, yox! Bu dəyişiklik, təbii ki, onların öz iqtisadi, geopolitik maraqlarına xidmət edəcək.
Bakıda zəlzələ oldu (Yenilənib)
AzTV-nin həyətində söküntü başlayıb - Radionun beşmərtəbəli binasının yerində yeni bina tikiləcək
"Beşiktaş" yeni hücumçusu ilə müqavilə imzaladı
"Fənərbağça" "İnter"ə "yox" dedi - 17 milyonluq təklif geri çevrildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
Joze Mourinyo: "Bizim tək məqsədimiz var, o da qazanmaqdır"
Zelenski: "Putinlə görüş Türkiyədə də ola bilər"
Ağstafanın meşə sahəsində yanğın məhdudlaşdırılıb (Yenilənib)
Yevlaxda oğul 66 yaşlı atasını bıçaqlayıb
HANSI QRUPDA NƏ QƏDƏR BOŞ YER QALIB? - DİM həmin yerlərə bu tarixdə qəbul aparacaq (SİYAHI)
"Google" və "Wikipedia" cərimələnib - 13 milyon
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək - Sabah
Türkiyədə bu universitetdə iki ixtisas üzrə yerlər tamam boş qalıb
TƏLƏBƏ KREDİTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Ballar düşürüldü
Azərbaycan komandoları Türkiyədə təlimə qatılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ramiz Rövşənin səhhətində problem yaranıb
Kök adamlar iki bilet almalı olacaq - ABŞ aviaşirkəti qərar verdi
Leyla Əliyeva ailə fotolarını paylaşdı: “Ad günün mübarək!” - FOTO
Azərbaycan və ABŞ arasında Çərçivə Sazişi imzalanacaq - Mikayıl Cabbarovdan açıqlamalar
TƏBİB rəhbəri kimləri vəzifəyə təyin edib? - SİYAHI
Baş nazirin müavini: "Yeni dəhlizin açılması buna xidmət edəcək"
Türkiyədə 10 metr uzunluğundakı qayıq batıb - FOTO
XİN başçısı: "Azərbaycan regionda əsas söz sahiblərindən birinə çevrilib" - "ABŞ Konqresi ilə müvafiq iş aparılacaq"
Türkiyə İstanbul boğazında yoxa çıxan rus üzgüçünü axtarır
Eldar Əzizov məmurları BŞİH-yə topladı: nələr müzakirə olunub? - Yeni tapşırıqlar verildi
Qəzzada son 24 saatda daha 75 nəfər ölüb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTOLAR
Yazıçı Anar: "Hazırda bağdayam"
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
Azərbaycanda hansı ölkədən daha çox tələbə var? - SİYAHI
İctimai Birliyin sabiq sədrinə cinayət işi açıldı
İrandan Azərbaycana narkotikin keçirmək istəyiblər
Sabah hava necə olacaq? - Proqnoz
"Beşiktaş" Antoni Cacini transfer etmək istəyir
Hikmət Hacıyev: "Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona..."
Dahi Nəsiminin məzarı Suriyadan Azərbaycana gətiriləcək? - Yeni xəbər yayıldı + FOTOLAR
"Komo" "Tottenhem"in təklifinə "yox" cavabı verdi
Cənubi Qafqazın radioaktiv saatlı bombası – Metsamor AES
Nazir onu mərkəz rəhbəri təyin etdi - FOTO
Qarğa, məndə ChatGPT var… - Təbriz VƏFALI YAZIR
Bakıda polis əməliyyat: 44 kq narkotik vasitə aşkarlanıb