Məhərrəm ayı başladı - QMİ müraciət yaydı
19-07-2023 [00:04]
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
"Bismillahir-rəhmanir-rəhim!
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri müsəlman qardaş və bacılarımızın nəzərinə çatdırır ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2023-cü il iyul ayının 19-na, Aşura günü isə iyul ayının 28-nə təsadüf edir.
Əsrlər boyu Azərbaycan xalqının yaddaşında iz qoyan Məhərrəm ayının Aşura günü – Peyğəmbərimiz Məhəmməd (s.a.s.) əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi dünya tarixində fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri İslamın “yaxşılığa dəvət və pislikdən çəkindirmə” məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirmiş, din, Vətən, torpaq, ailə şərəfi və müqəddəs amallar uğrunda şəhadətin mükəmməl əxlaq nümunəsini yaratmışlar. Hamımız yaxşı xatırlayırıq ki, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev Təzəpir məscidində Aşura mərasimindəki tarixi çıxışında demişdi: “Biz bundan sonra da haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş Həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq”.
Biz, Azərbaycan müsəlmanları şükürlər edirik ki, bu ilki Məhərrəm ayı Qarabağ həsrətinin sonu, illər boyu dualar etdiyimiz zəfər dönəminə təsadüf edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun bizlərə yaşatdığı qürur və sevincə görə Uca Yaradana həmd-sənalar, dövlətimizin rifahı üçün dualar edirik. İşğaldan azad olmuş ərazilərimizdə yenidənqurmanın başlanması, dini-mədəni abidələrimizin bərpası, həmvətənlərimizin doğma yurd-yuvalarına Böyük Qayıdışı – bütün bunlar Allah-taalanın lütfü ilə müdrik dövlət başçımızın səyləri sayəsində reallaşan arzularımız, dualarımızdır. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimiz və Ali Baş Komandanımızın Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin!
Son illər Məhərrəmlik dönəmində dindarları İslama yad əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara şəfa bəxş edəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək.
Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir. Özəlliklə, son zamanlar koronavirusun yenilənmə təhlükəsini nəzərə alaraq məhərrəmlik ayının ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.
Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Peyğəmbərımız Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksələn şəhidlərə, o cümlədən Kərbəla və Vətən şəhidlərimizə rəhmət, qazilərimizə şəfaət, bütün xalqımıza dəyanət və səadət diləyirik.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!".
"Temu", "Amazon", "Trendyol"un hədiyyə fırıldağı - Ekspertdən şərh
"Qalatasaray"ın Baş məşqçisi: "Ən böyük hədəfim..."
Daha bir serial ekranlarla vidalaşır - Səbəb
Şamaxı rayonunda zəlzələ olub
Türkiyədə deport olunan miqrantları daşıyan mikroavtobus aşıb - Bir nəfər ölüb, 22 nəfər xəsarət alıb
Dünyanın gözü İstanbulda: Putin səfərdən imtina etdi - Rusiya və Ukrayna arasında "sülh masası" yenidən qurulur
Ukrayna XİN başçısı ilə Dövlət katibi Türkiyədə görüşüblər - "Moskva sülhü rədd etməyin əvəzinin olduğunu başa düşməlidir"
ABŞ Türkiyəyə yeni raketlər satır - 300 milyon dollar dəyərində
İsrail ordusu universitet, xəstəxana və məktəblərə hücum anonsu verdi: "Uzaq durun"
Hindistanda quş qripi sürətlə yayılır - Zooparklar bağlanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
NATO: "ABŞ-ın alyansdan çıxmaq planı yoxdur"
İspaniyanın baş naziri: "Bizim soyqırım törədən dövlətlərlə ticarətimiz ola bilməz"
İstanbulda içməli suyun qiyməti qalxıb
Türkiyə kubokunun finalı: “Trabzonspor” və “Qalatasaray” tərəfdarları küçədə əlbəyaxa oldu
Bloger Hüseyn Həsənov axtarışa verilib
ƏRDOĞAN, TRAMP, ŞARA və VƏLİƏHD BİR ARAYA GƏLDİ - Ər-Riyadda tarixi zirvə + VİDEO, FOTOLAR
Hakan Fidan Ukrayna XİN başçısı ilə bir araya gəldi - Antalyada
Kor bağırsaqdan əməliyyat olunan xəstə bir gün sonra ölüb
Cavanşir Quliyev özünə məzar hazırlatdırıb: “İnsan öləndən sonra..."
Müğənni Aygün özünə bəysiz toy edib - VİDEO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
PUTİN İSTANBULA GEDİR: "O, mənim orada olmağımı istəyir..."
Roma Papasının Türkiyəyə səfəri: əsas səbəb və... - TƏHLİL
DİM-dən abituriyentlərə xəbərdarlıq - SİYAHI
İcra Hakimiyyəti araşdırır, deputat isə... - Şura sədrliyindən qovulan biznesmen haqqında açıqlamalar
Deputat və 4 bələdiyyə sədri Ərdoğanın partiyasına keçdi - FOTOLAR
Tramp Qətərə gəlib
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Blogerlərin reklam elədiyi "şirkət rəhbəri" tutuldu
Mirzoyan: "İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa hazırdır"
İcra başçısının müavini vəzifəsindən çıxarıldı - "Yıxıldım, çanaq sümüyümdə çat yaranıb"
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb
Yeni Hərbi prokuror kollektivə təqdim olunub - FOTO
Prezident ona yüksək vəzifə verdi - Sərəncam + FOTO
Daha bir deputat istefa verdi
İranda qum fırtınası: bəzi şəhərlərdə məktəblər bağlanıb
Məhkəmə Gənc Qazilər Birliyinin sədrinə "yox" dedi
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Sabah yağış yağacaq
İran XİN: Putinin Tehrana səfərinə hazırlıq gedir
Lüksemburqda Avropa Şurasının 134-cü sessiyası başlayıb