Polis oğurluq dövlət nömrəsi ilə idarə edilən avtomobili saxladı

img

23-05-2014 [13:45]


Daxili İşlər Nazirliyinin  Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Səbayel Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 16-da Esmira Həşimovaya məxsus avtomobildən oğurlanmış 99 ES 993 dövlət qeydiyat nişanları ilə idarə edilən "Hyundai" markalı avtomobil Cavadxan küçəsində saxlanılıb.

Virtualaz.org-un "Trend”-ə istinadən məlumata görə, saxlanılarkən sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.

Araşdırmalar nəticəsində saxlanılmış avtomobilin Şəki rayon sakini Məmməd Məmmədova məxsus olması müəyyən edilib.

Avtomobilin yük yerinə baxış zamanı müxtəlif markalı avtomobillərə məxsus 3 ədəd dövlət qeydiyyat nişanları da aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA