Mauro İkardi iyulun 13-də İstanbula gəlir - "Qalatasaray" hücumçu ilə 4 illik müqavilə imzalayacaq

img

12-07-2023 [12:29]


"Qalatasaray"ın PSJ anlaşdığı argentinalı hücumçu Mauro İkardinin iyulun 13-də İstanbula gəlir.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Qalatasaray" həmin günü  onunla 3+1 illik müqavilə imzalayacaq.

Məlumata görə, "Qalatasaray" Mauro İkardinin transferi üçün PSJ-yə 10 milyon avro ödəyəcək: "Futbolçunun özünə də hər il üçün sabit maaş - 10 milyon avro veriləcək".

Xatırladaq ki, Mauro İkardi "Qalatasaray"ın heyətində ötən mövsüm 26 oyuna çıxıb. 30 yaşlı hücumçu bu matçlarda 23 qol vurub, 8 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA