"Qalatasaray" PSJ ilə daha bir argentinalı futbolçu barədə razılaşdı

img

11-07-2023 [17:43]


"Qalatasaray" PSJ ilə daha bir futbolçu barədə razılığa gəlib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Qalatasaray" Mario İkardidənsonra PSJ-də oynayan  Leandro Paredes üçün Fransa klubuna elçi düşüb.

Məlumaat görə, İstanbul klubu Leandro Paredesə görə PSJ-yə 6 milyon avroluq təklif göndərib: "PSJ bu təklifə "hə" deyib, ancaq son qərarı argentinalı futbolçu verəcək. Əgər o da "hə" deyərsə, o zaman onunla həmyerlisi İkardi ilə eyni gündə müqavilə imzlanacaq".

Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi ötən mövsümdə PSJ-nin heyətində 39 oyuna çıxıb. Paredes bu oyunlarda 1 qol və 2 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA