MTN internatda xüsusi araşdırmaya başladı

img

22-05-2014 [14:30]


Təhsil Nazirliyi 7 nömrəli xüsusi internat məktəbində hüquq-mühafizə orqanlarının xüsusi işçı qrupu araşdırmalara başlayıb.

MİA Lent.az-a istinadən xəbər verir ki, bu barədə məktəbdə çalışan şəxslərdən biri məlumat verib. Bildirilir ki, bu gün sübh tezdən Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət xüsusi qrup məktəbdə araşdırmalara başlayıb. Bu səbəbdən də internata kənardan və digər qurumlardan kimsə buraxılmır.

Müxbirimizlə söhbətində Təhsil Nazirliyinin "De-institutlaşma uşaq müdafiəsi" idarəsinin rəisi Məlahət Hacıyeva bildirib ki, nazir Mikayıl Cabbarovun əmri ilə təşkil edilən komissiya da məktəbdə araşdırmaları davam etdirir. Dərslər davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA