“Kapital Bank” cinayət işi açılan filial müdiri haqda açıqlama verdi

img

22-05-2014 [12:48]


"Kapital Bank” ASC-nin mətbuat xidməti Bankın Kürdəmir rayon filialının keçmiş müdiri Əlimövsüm Ağayev barəsində cinayət işinin açılması haqqında Baş Prokurorluğun yaydığı xəbərə aydınlıq gətirib.

 Bankın məsələ ilə bağlı Mia.az-a daxil olan açıqlamasında bildirilib ki, 2008-ci ilə aid bu pozuntu bir neçə ay əvvəl Kürdəmir rayon filialında aparılmış bankdaxili yoxlama zamanı üzə çıxarılıb:

 «Bank tərəfindən faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma nəticəsində cinayət işi açılıb».

 Məlumatda o da bildirilib ki, məlumatda adı çəkilən Əlimövsüm Ağayev  6 aprel 2012-ci ildən Kapital Bankda çalışmır.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA