Zavoda basqın oldu

img

20-05-2014 [15:55]


Bakının Binəqədi rayonunda yerləşən dəmir sənaye məmulatları istehsalı zavodona basqın olub.


Zavodun baş direktoru Nazim Məmmədov naməlum şəxslərin zavoda hücum etdiyini və onların əmlakına ciddi ziyan vurulduğunu söyləyib. Hadisə barəsində polisə məlumat verilib.

2003-cü ildən fəaliyyət göstərən zavod dəmir sənaye məmulatlarının istehsalı ilə məşğul olur. Nazim Məmmədov hücum edənlərin xüsusi hazırlanmış idmançılar olduğunu da sözlərinə əlavə edib. O, bu hücumun bazar uğurunda mübarizə aparanlar tərəfindən təşkil edildiyini də iddia edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA