“28 Mall”da həyəcanlı anlar

img

20-05-2014 [11:47]


Bu gün səhər saatlarında "28 Mall” ticarət mərkəzində yanğın xəbəri yayılıb. "Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda bildirilir ki, Bakının ən böyük ticarət mərkəzlərindən biri olan "28 Mall”da verilən yanğın siqnalı təşvişə səbəb olub. Bütün işçi heyəti binadan çıxarılıb.

Hələ ki, yanğın siqnalının nə səbəbə verildiyi məlum olmasa da, işçilərin yenidən ticarət mərkəzinə daxil olduğu deyilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA