Bakıda 30 yaşlı kişi qonşusunu küçənin ortasında öldürdü

img

20-05-2014 [11:39]


Bakıda qətl hadisəsi törədilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 20-də Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində yaşayan 1984-cü il təvəllüdlü Rüstəm Həsənov münaqişə zəminində 1986-cı il təvəllüdlü Elşən Ələkbərovu bıçaqlayaraq qətlə yetirib. Binəqədi RPİ 6-cı PB əməkdaşları R.Həsənovu yaxalayıb.
Qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Biləcəri qəsəbəsində 30 yaşlı Rüstəm Həsənov qətlə yetirdiyi 28 yaşlı Elşən Ələkbərovla qonşu olub. Onlar həm də yaxın qohum imişlər.
Bu gün səhər saatlarında qonşular küçədə hələlik bəlli olmayan səbəbdən mübahisə ediblər. Mübahisə zəminində R.Həsənov özündən iki yaş kiçik olan Elşənə bıçaqla bir zərbə endirib. Xəstəxanaya aparılan E.Ələkbərov yolda keçinib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. İstintaq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA