Di Maria "Juventus"dan rəsmən ayrıldı - Argentinalı ulduz Türkiyəyə gəlir?

img

07-06-2023 [09:28]


Argentinalı ulduz Angel Di Maria "Yuventus"dan ayrılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, adı "Qalatasaray"la hallanan 35 yaşlı hücumçu bu barədə "İnstaqram" hesabında məlumat paylaşıb:

"Çətin və mürəkkəb dövrümün sonuna gəldim. Komandamın uğuru üçün bütün gücümlə oynamışam və bu səbəbdən rahatlıqla ayrılıram...".

Xatırladaq ki, argentinalı ulduz  bu mövsüm İtaliyada 40 oyuna çıxıb. O, 8 qol vurub, 7 məhsuldar ötürmə verib.

Onu da qeyd edək ki, hələ may ayından onun "Qalatasaray”a gələcəyi, hücum xəttində İkardi ilə birgə çıxış edəcəyi barədə xəbərlər yayılır.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA