MTN və Səhiyyə Nazirliyi Goranboy və Zaqatalada apteklərdə yoxlama aparır

img

19-05-2014 [20:19]


Səhiyyə Nazirliyi Azərbaycanın Goranboy və Zaqatala rayonlarında apteklərin bağlanması məsələsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi ilə Milli Təhlükəsizlik Nazirliyi dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində nəzarət məqsədilə hər iki rayonda fəaliyyət göstərən apteklərdə yoxlamalar aparır.
Onun sözlərinə görə, bu rayonlarda apteklərin hamısının bağlanması ilə bağlı xəbərlər isə şişirdilib: "Apteklərdə yoxlamalar gedir, ola bilər ki, bəzi aptek sahibləri təşvişə düşərək apteklərini bağlayırlar. Amma kütləvi şəkildə apteklərin bağlanması müşahidə olunmur”.
Nazirlik rəsmisi qeyd edib ki, aparılan yoxlamalar planlaşdırılmış reydlərdir.
A. Qədirli vurğulayıb ki, SN ilə MTN arasında əməkdaşlığa əsasən, dərman təhlükəsizliyi ilə bağlı belə reydlər təşkil olunur.
Hazırda reydlər Azərbaycanın Goranboy və Zaqatala rayonlarında aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA