"Real Madrid" "Tottenham"ə 80 milyon avro təklif etdi - Hücumçuya görə

img

06-06-2023 [11:58]


Kərim Benzema ilə yollarını ayıran "Real Madrid" onun yerin yeni hücumçu axtarışını yekkunlaşdırıb.

Mia.az xaric mətbuata istinadla xəbər verir ki, "Real Madrid" "Tottenham"ın ulduzu Harri Keyni rənglərinə bağlamağa can atır.

İspaniya mətbuatı yazır ki, "Real Madrid" Harri Keyn üçün “Tottenhem”ə 80 milyon avroluq təklif edib. 

İngiltərə komandasının 100 milyon avro istədiyi, lakin tərəflərin orta yol tapmağa yaxın olduğu deyilir.

Məlumata görə, Harri Keynlə 3 illik müqavilə imzalamaq istəyən "Real Madrid" futbolçuya illik 11 milyon avro zəmanət haqqı ödəməyi də qəbul edib. 

Xatırladaq ki, Harri Keyn “Tottenhem”in heyətində ümumilikdə 435 oyun keçirib. İngilis futbolçu bu matçlarda 280 qol vurub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA