"Giresunspor" superliqada qalmaq ümidini son həftəyə daşıyıb - Açıqlama

img

05-06-2023 [00:17]


Səfərdə "Ümraniyespor"u məğlub edən "Giresunspor" Türkiyə superliqasında qalmaq ümidini son həftəyə daşıyıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Ümraniyespor"la "Giresunspor" Ümraniye Bələdiyyə Şəhər Stadionunda qarşılaşıb. Qonaq komandaya qələbə qazandıran qolu 45-ci dəqiqədə Rijad Bajiç vurub.

Oyun bu hesabla başa çatıb - 0:1.

Bu qələbə ilə "Giresunspor" xalını 37-yə yüksəldib. Liqadan düşəcəyi dəqiq olan “Ümraniyespor”a qalib gələn "Giresunspor" bununla liqada qalma şansını son tura daşıyb. Əgər gələn həftə "Antalyaspor"la oyundan qalıb ayrılarsa, o zaman komanda növbəti mövsüm də superliqada mübarizə aparacaq.

Oyundan sonra açıqlama verən "Giresunspor"un baş məşqçiis İrfan Buz qələbə qazandıqları üçün xoşbəxt olduqlarını deyib: "Ümudumuzu sona daşıya bildik. Əgər bərabərə qalsaydıq, yaxud uduzsaydıq, bizim üçün hər şey bu gün bitəcəkdi. Biz son oyunda da əzmkarlıq nümayiş etdirəəcyik. İnanıram ki, qalib gələrək komandamızı liqada saxlaya biləcəyik".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA