“Qalatasaray” - “Fənərbaxça” derbisində dava düşüb

img

04-06-2023 [22:06]


Spor Toto Super Liqanın 37-ci həftəsində çempion "Qalatasaray" əzəli rəqibi "Fənərbaxça"nı qəbul edib.

Mia.az xəbər verir ki, hazırda davam edən matçın 36-cı dəqiqəsində iki komandanın futbolçuları arasında gərginlik yaranıb.

Belə ki, Enner Valensiya ilə top uğrunda mübarizə aparan Nelsson onu itələyib. Bu zaman ehtiyat oyunçular skamyasındakı "Fənər"lər onun üstə yeriyib və bir anda komandalar arasında "süprüşmə" baş verib.

Baş hakim Abdülkadir Bitigen "Fənərbağça"nın ehtiyat oyunçular skamyasında oturan İsmail Yüksekə sarı vərəqə göstərib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA