Maşallah Əhmədov yenidən məhkəməyə verildi

img

19-05-2014 [15:11]


Son ilər tez-tez məhkəmə və prokurorluğa barəsində şikayət edilən tanınmış keçmiş futbolçu Maşallah Əhmədovun başı yenidən qaldadır.

 Bu barədə Mia.az-a daxil olan məlumata görə, əvvəllər adı gah mülki, gah da ölüm işlərində hallanan tanınmış keçmiş futbolçunu bu dəfə «ABS Telekom» MMC məşhər ayağına çəkib: «Maşallah Əhmədov sözügedən MMC-ylə razılaşma ilə iş görməyə başlayıb. Lakin sonradan o, "ABC Telekom” MMC-nin pulunu ödəməkdən yayınıb. Buna görə də MMC rəhbərliyi Maşallah Əmhədovun barəsində məhkəmədə iddia qaldırıb».

 Məlumata deyilir ki, Maşallah Əhmədova qarşı qaldırılmış iddiaya Nəsimi rayon Məhkəməsində artıq baxılıb: «İş hazırda Bakı Apelllyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə araşdırılır. "ABC Telekom” MMC cavabdeh Maşallah Əhmədovdan pulunu tələb edir».

 Məlumata görə, hakim İkram Şirinov şikayət üzrə mayın 7-nə təyin etdiyi iclasda qərarını verməyib: «İş mayın 26-na təxirə salınıb».

 Pul qalmaqalı ilə bağlı tərəflərin mövqeyini öyrənmək mümkün olmayıb. Hər iki tərəfin mövqeyini də dinləməyə hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA