19-05-2014 [14:18]
1, 23 və 30 aprel
2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 87
dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına
uyğun olan 914 vakant dövlət qulluğu
vəzifəsinin tutulması üçün müsabiqə elan
edib. 1 aprel tarixdə elan
edilmiş müsabiqə üzrə qeydiyyat başa çatmışdır. Aprelin 23-də elan
edilmiş müsabiqə üzrə qeydiyyat mayın
22-də, aprelin 30-da elan
edilmiş müsabiqə üzrə qeydiyyat isə mayın
29-da başa çatacaq.
Mia.az-a komissiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, indiyə kimi 4562
(bunlardan 2317 nəfəri 1 aprel
tarixdə elan edilmiş müsabiqə üzrə qeydiyyata alınanlardır) namizəd qeydiyyatdan
keçib:
"1 aprel tarixində elan edilmiş müsabiqə üzrə ən çox namizəd qeydə
alınan dövlət orqanları Dövlət Sosial Müdafiə Fondu (793 nəfər), Mədəniyyət və Turizm Nazirliyi (411 nəfər), Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (285 nəfər) olub.
1 aprel tarixdə elan edilmiş müsabiqədə vakant vəzifələr üzrə ən
böyük müsabiqə vəziyyəti Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizm sənayesi
ilə iş sektorunda məsləhətçi vəzifəsi (174
namizəd) və Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçotun təşkili şöbəsinin
Sığortaolunanların məlumatlarının təhlili sektorunda aparıcı məsləhətçi
vəzifəsi (104 namizəd) üzrə
olub.
Müsabiqənin test imtahanı mərhələsi
2014-cü il 20 may tarixdən ilk olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi üzrə başlayır. Test
imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin
5-6-cı təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 7-ci təsnifatı
üzrə nəzərdə tutulmuşdur. Test imtahanı qrafiki Komissiyanın internet saytında
(www.dqmk.gov.az) yerləşdirilmib.
Təqdim edilən qrafikdə namizədlər
dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş
test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər.
Test imtahanının kompüter vasitəsilə
keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış "Test
imtahanı” sistemi ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) ətraflı tanış ola bilərlər.
Müsabiqənin test imtahanı mərhələsi
zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaqdır:
1. Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq
münasibətləri sahəsində -15 test tapşırığı;
2. qanunvericilik sahəsində -
40 test tapşırığı;
3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.
Namizədlərin imtahana daha yaxşı
hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və
metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat
siyahısı Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az
) yerləşdirilmişdir.
Test imtahanlarının nəticələri imtahan başa
çatdıqdan sonra dərhal namizədlərə təqdim ediləcəkdir. Eyni zamanda nəticələr
Komissiyasının rəsmi internet saytında yerləşdiriləcəkdir.
Tofiq Musayev qırğız rəqibinə məğlub olub - İlk raundda
Axundun qaçırdığı 16 yaşlı qız danışdı - VİDEO
Müğənni Arzuxanım Həsənova niyə qandallanıbmış? - DİN-dən açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İran kəşfiyyatından ölkədəki agentlərə xəbərdarlıq: "Sabaha qədər təslim olun, yoxsa..."
"Ukrayna torpaqlarında 695 min rus əsgəri var" - "52 minlik ordus isə Sumiyə girməyə çalışır"
İsrail Əhvaz və Məhşəhrə hücum edib - SEPAH qərargahları vurulub
Hava şarı göydə alovlandı - 8 nəfər ölüb, 13 yaralı var
İCRA BAŞÇISI HƏBS OLUNDU - DTX-dən sensasion əməliyyat (YENİLƏNİB)
PA rəsmilərinin qəbul günləri - CƏDVƏL
Qəzzada 202 nəfər həyatını itirib - Son 48 saatda
İranlı nüvə alimi evində öldürülüb - Arvadlı ilə birlikdə
Dövlət Neft Fondunda yoxlama aparılıb
"Azəriqaz"da saxta imtahan, yoxsa... - Kütləvi ixtisarlar başlayıb
"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
"Büdcə sistemi haqqında" qanunda dəyişir
Dollar neçəyə olacaq? - Mərkəzi Bank iki günlük məzənnəni açıqladı
DEPUTATLAR DAHA 12 QANUNA DƏYİŞİKLİK EDƏCƏK - SİYAHI
İlham Əliyevin müraciəti BMT sənədi kimi yayılıb - Açıqlama
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
Sabah bəzi rayonlara leysan və dolu yağacaq
İCRA BAŞÇISI VƏZİFƏDƏN AZAD EDİLDİ - SƏRƏNCAM
Prezident İlham Əliyev onları təltif etdi - SİYAHI
Azercell dünya çempionlarını təbrik etdi - FOTOLAR
Bu sayt və qəzetlərə pul ayrıldı - SİYAHI
İsrail İrana növbəti zərbələr endirməyə başlayıb
Azərbaycanla daha bir ölkə arasında viza ləğv olunub
"Bu "mədəni, savadlı" adamlar öz dilləri ilə pula işlədiklərini deyirlər" - Könül Aydın yazır
"Yaşayış minimumu haqqında” qanuna dəyişdi - Deputatlar "hə" dedi
Elektrik enerjisi ilə bağlı yeni qanun qəbul edildi - Nələr olacaq?
Hansı müğənnilər daha çox qazanır? - ADLAR
Məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir
İstanbulda meşəlik ərazilərə girişə qadağa qoyulub
Un bahalaşıb - Agentlik son qiyməti açıqlayıb
MIƏMURLARIMIZ ŞİMALİ KİPRDƏN SAXTA DİPLOM ALIB? - “Bugün Kıbrıs” yazdı, ortalıq qarışdı
"Fənərbağça" "Latsio" ilə yoldaşlıq oyunu keçirəcək
Ərdoğandan Almaniya kanslerinə İranla bağlı - Xəbərdarlıq
Əli Əsədov mühasiblərlə bağlı qərar verdi - Dəyişiklik
Azərbaycan neftinin qiyməti 2.24 dollar ucuzlaşdı
Məhkəmə “SalamNews” və “İnteraz”ın rəhbərinin şikayətinə "yox" dedi
Bu gün metro gecə ikiyə kimi işləyəcək
AZƏRBAYCANDA HEYRƏTAMİZ OLAY - Evə qonaq gələn şəxs arvadı ərinin yanında zorlamaq istəyib! - Vəkil elə şey açıqladı ki...