MTN Şirvanda əməliyyat keçirdi

img

19-05-2014 [11:56]


Mayın 19-da Milli Təhlükəsizlik Nazirliyinin Şirvan şəhər şöbəsi əməliyyat keçirib. "Yeni Müsavat”ın məlumatına görə, əməliyyat narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin tutularaq istintaqa cəlb olunması məqsədi ilə keçirilib. Əməliyyat nəticəsində rayon sakini Mirzəyev İsmayıl Rafiq oğlu, Muradov Rəşad İlqar oğlu, Əkbərov Teymur Fikrət oğlu saxlanılıb. Adları sadalanan şəxslərin üzərinə baxış keçirilərkən satış məqsədi ilə müxtəlif gəzdirdikləri narkotik vasitələr sübut kimi götürülüb.
Əməliyyat nəticəsində məlum olub ki, rayon sakinləri əvvəllər də bir neçə dəfə narkotik vasitələrin satışı ilə məşğul olduqları üçün həbs olunublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA