“Fənərbaxça” braziliyalı müdafiəçi ilə danışıqlar aparır

img

01-06-2023 [00:49]


Cənubi Koreyalı müdafiəçi Kim Min-Jaeni “Napoli”yə satdıqdan sonra həmin bölgədə böyük problem yaşayan “Fənərbaxça” braziliyalı müdafiəçi Rodriqo Bekaonu "qaralayıb".

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul klubu hazırda İtaliyanın "Udineze" komandasında oynayan brazilyalı müdafiəçi ilə ilk danışıqları aparıb.

Məlumata görə, bu barədə "Udineze"nin idman direktoru Pierpaolo Marino deyib ki, futbolçu komandadan getmək istədiyini deyib: "Biz yenə də ionunla anlaşmağa çalışırıq. Alınmayacaqsa, gedişinə problem yaratmayacağıq".

Qeyd olunub ki, futbolçu Türkiyə klubuna "yaşıl işıq" yandırıb: "27 yaşlı 1.91 metr boyu olan müdafiəçinin bazar dəyəri 11 milyon avrodur. İstanbul klubu məhz qiymət məsələsinə görə danışıqları uzadır. Yəqin k, yaxın müddətdə tərəflər arasında anlaşma rəsmilşəcək".

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub