Cəlilabadda ailə faciəsi: Su quyusunda bir oğul öldü, ikisi yaralandı

img

18-05-2014 [22:48]


Cəlilabad rayonunda ailə faciəsi baş verib. 

ANS PRESS-in məlumatına görə, rayonun Uzuntəpə kəndində həyətdə su quyusu qazan üç qardaşdan ikisi yaralanıb, biri isə ölüb.

Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 18 km aralı) Əliqismət Əsədova məxsus evin həyətyanı sahəsində diametri təxminən 1 metr dərinliyi 14 metr olan su quyusu ev sahibinin üç oğlu tərəfindən qazılarkən quyuya su dolması nəticəsində yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi ev sahibinin iki oğlu sakinlər tərəfindən quyudan çıxarılaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına aparılıb. 

Ev sahibinin digər oğlu 1986-cı il təvəllüdlü Əsədov Bayram Əliqismət oğlunun suda boğulmuş meyitini isə yanğınsöndürən-xilasedicilər quyudan çıxararaq aidiyyatı üzrə təhvil verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA