Moskvada bağlı qapılar ardında keçirilən görüş: Vaşinqton rahatdır, çünki...- TƏHLİL
26-05-2023 [18:49]
Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü oldu.
Ümumi mənada bu danışıqları Vaşinqton və Brüssel görüşlərinin növbəti raundu kimi də qiymətləndirmək olar.
Mosvka görüşünün səbəbi?
Bundan öncə Vaşinqtonda və Brüsseldə aparılan danışıqlar ümumi mənada müsbət olmuşdu. Hər iki görüşdə konkret razılıqların əldə olunduğunu, mübahisəli məqamların isə növbəti görüşlərdə müzakirə edilməsinə qərar verildiyini demək olar.
Vaşinqtonda və Brüsseldə keçirilən görüşlərin real nəticəsi isə şübhəsiz Nikol Paşinyanın “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatını səsləndirməsidir.
Həm Vaşinqtonda və Brüsseldə ardıcıl görüşlərin keçirilməsi, həm də Paşinyanın məlum bəyanatları verməsi Kremli ciddi şəkildə narahat edib. Rusiya yaxşı başa düşür ki, ABŞ və Qərbin konstruktiv danışıqları davam etdirməsi prosesi ən qısa zamanda bitirə bilər. Bu isə öz növbəsində Rusiyanın Cənubi Qafqazda təsirinin qırılması deməkdir.
Moskvada keçirilən üçtərəfli Zirvə görüşü ümumi mənada Ermənistan ilə Azərbaycan arasında gedən danışıqlar prosesində təşəbbüsü ələ almaq və prosesi öz maraqları çərçivəsində irəliyə aparmaq mahiyyəti daşıyır.
Paşinyanın şousu
Üçtərəfli görüş cəmi 20 dəqiqə çəkdi və real nəticə əldə edilmədi. Görüşün həm qısa çəkməsi, həm də real nəticənin əldə edilməməsinin əsas səbəbi Avrasiya İqtisadi Birliyinin toplantısında Nikol Paşinyanla İlham Əliyev arasında yaşanan gərginlik oldu.
Belə ki, Paşinyan İlham Əliyevin çıxışında səsləndirdiyi “Zəngəzur dəhlizi” ifadəsinə kəskin reaksiya verdi. Bundan başqa o, “Laçın koridoru”nun da nəzarət altında olmamalı olduğunu bildirib. Prezident İlham Əliyev isə cavabında dedi ki, “Zəngəzur koridoru” nəqliyyat yoludur və özündə Ermənistana qarşı ərazi iddiasını ehtiva etmir, Laçın yolunda isə sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın müstəsna hüququdur və bu, 2020-ci il 10 noyabr bəyanatına zidd deyil.
Paşinyanın üçtərəfli görüş öncəsi gərginliyi artırması və mübahisə etməsi planlı bir davranış olduğunu göstərir.
Məsələ ondadır ki, Nikol Paşinyan Moskva görüşündən öncə “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatını səsləndirib.
Azərbaycan tərəfi də öz növbəsində Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bunu bilə-bilə Zəngəzur dəhlizi ifadəsinə görə mübahisə etmək, gərginliyi artırmaq başqa səbəblərin olduğuna dəlalət edir. Məsələ ondadır ki, Paşinyan ehtiyat edir. Cəsarətli açıqlamalar versə də radikal müxalifətin reaksiyasından qorxur.
Görünür düşünüb ki, İlham Əliyevin “koridor” sözünə sərt reaksiya verməsə, ölkəsində tənqid atəşinə məruz qalacaq.
İmzalanmayan sənəd
Moskvada iki sənədin imzalanması gözlənilirdi. Birincisi, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması haqqında sənəd idi.
İkincisi isə xarici işlər nazirləri səviyyəsində imzalanması gözlənilən sənəd idi.
Lakin qeyd olunan sənədlər imzalanmadı. Halbuki bu sənədlə bağlı danışıqlar bir neçə gündür gedirdi. Mayın 23-dən Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu Moskvada sənədlər üzərində işləyirdi.
Lakin Moskva görüşü öncəsi Paşinyanın gərginliyi artırması, mübahisə etməsi fonunda liderlər hər hansı sənədi, hətta ümumi bəyanatı imzalamadı.
Rusiya Prezidenti Vladimir Putin sadəcə onu dedi ki, iki dövlət arasında nəqliyyat yolunun açılması prosesi sürətlənə bilər. Əslində Putinin açıqlamasından da bu nəticəyə gəlmək olar ki, ortada konkret sənəd var.
Azərbaycan həmin sənədin imzalanıb nəqliyyat kommunikasiya əlaqələrinin bərpa edilməsi, indi daha dəqiq desək Naxçıvan ilə Azərbaycanın əsas hissəsini quru yolu ilə birləşdirəcək vəsitələrin tamamlanmasını istəyir. Bunun üçün isə lazımi işlər görülüb.
Rusiya isə öz növbəsində Azərbaycanla Ermənistan arasında dəmiryolunun açılmasıyla bağlı danışıqlar prosesini nəzarətdə saxlamaq istəyir. Söhbət burada həmin əraziyə nəzarətin
Kremldə olmasından gedir.
Ermənistana gəldikdə isə rəsmi İrəvan öz ərazisində dəmiryolunu bərpa etməyə tələsmir.
ABŞ-ın Moskva görüşünə reaksiyası
Moskvada keçirilən üçtərəfli görüş ABŞ tərəfindən yaxından izlənilirdi. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşü haqda deyib ki, “Moskva görüşündə olmasaq da, məsələ bizim üçün əvvəlki kimi prioritet olaraq qalır”.
“Bilirsiniz ki, dövlət katibi hər iki tərəflə bir neçə həftə əvvəl Vaşinqtonda görüşüb. Bundan sonra danışıqlar Brüsseldə davam edib və biz danışıqların davam etməsini dəstəkləyirik. Razılaşmanın artıq əldə olunduğunu düşünürük və hər iki tərəfin birgə işləyib, həll olunmamış məsələlərlə bağlı razılıq əldə etməsinə çalışırıq”, – o bildirib.
Millerin sözündən bu qənaətə gəlmək olar ki, Vaşinqton Moskva görüşündən və ya Rusiyanın proseslərdəki varlığından narahat deyil. Prinsip etibarilə Vaşinqton və Brüssel görüşlərində real nəticələr əldə olunub və ən önəmlisi ölkələr qarşılıqlı şəkildə ərazi bütövlüklərini tanıyıblar.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev də bunu sülh sazişinin digər maddələrinin razılaşdırılması üçün əsas problem hesab edirdi. Bu problem aradan qalxdığı üçün danışıqların bundan sonrakı raundları daha konstruktiv olacaq demək olar.
Bundan başqa nəzərə alsaq Vaşinqton və Brüssel görüşlərindən fərqli olaraq Moskva görüşündə real nəticə əldə edilmədi, hər hansı sənəd imzalanmadı, Vaşinqtonun razı olması başadüşüləndir.
Turan Rzayev,
MİA.AZ
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev